Azərbaycanlı öz xahişi ilə həbs olundu .....                     Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb .....                     Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... .....                     Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5-ə yaxın nazir, bəzi deputatlar...” .....                     9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib .....                     Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət .....                     “Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? .....                     Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir? .....                     Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... .....                     Bu xanım hakimə yeni vəzifə verildi .....                     Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq .....                     Musayevin bıçaqlanması .....                     Xocavənddə daha 140 ev və binalar təmir olunacaq .....                     Afət Fərmanqızından sürpriz siyahı .....                     İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür .....                     Tiktok-da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırtdı .....                     Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi .....                     Böyükşor bataqlığa çevrilir .....                     Azərbaycan Vəhdət Partiyasının funksioneri ürək köçürmə dələduzluğunda ittiham olunur .....                     "Bu dəfə əclafın biri olacağam" .....                     Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü .....                     Yeni dünya nizamı: "Transxəzər altılığı" Avrasiya gücünün yeni qütbüdür .....                     “ “Azərbaycanfilm” kinostudiyası ölüb, .....                     Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi .....                     “Alim Qasımov muğamları, qızı da mahnılarımızı zay etdi, bu ixtiyarı sizə kim verib?” .....                     DSX-nin əsgəri özünü güllələdi .....                     Sabiq hərbi hissə komandirinə hökm oxunub .....                     İqtisadçıdan nazirə şok sözlər .....                     Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər .....                     FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb .....                     Ramiz Mehdiyevin xüsusi əməliyyatı .....                     Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı .....                     Sarayda 26,4 milyon manata binalar tikəcək şirkət .....                     Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə... .....                     Sabiq icra başçısının ölkədən çıxışına “stop” qoyulub .....                     Bakıda doğulan qadın vitse-qubernator oldu .....                     Xalq artisti Roza Cəlilova vəfat edib .....                     5 ildir MAAŞ ARTIMI gözləyən SOCAR işçilərinə XƏYALPLOV... .....                     "Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər" .....                     Kreml Ermənistanda “taxıl müharibəsi”nə başladı .....                 

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - MƏQALƏ
Tarix: Bu gün, 12:07 | Çap et

20 Noyabr - Ağdam Şəhəri Gününü Zəfər tariximizin parlaq səhifələrindən biri kimi qeyd edirik. Biz bir şəhid ailəsi olaraq bu günü qürurla, eyni zamanda kədər və həyəcanla qarşılayırıq. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu yola çıxdığımız gündən xalqımıza ruh verən böyük bir mesajdır.
Ağdamın tarixi Azərbaycan xalqının qədimliyini, Qarabağ mədəniyyətinin zənginliyini özündə yaşadır. Adı qədim türk dillərində “kiçik qala” anlamı verən Ağdam həm də işıqlı ev, günəşli məkan mənasında xalq yaddaşına həkk olunub. Qədim Eneolit dövründən başlayaraq bu torpaqda aparılan arxeoloji qazıntılar sübut edir ki, Ağdam ərazisi Qafqazın ilk şəhər tipli yaşayış məskənlərindən biridir. Üzərriktəpədən tapılan maddi-mədəniyyət nümunələri bu məkanın Zaqafqaziyanın ən zəngin arxeoloji abidələrindən biri olduğunu göstərir.

1930-cu ildə rayon statusu alan Ağdam həm coğrafiyası, həm təbiəti, həm də Qarabağın mərkəzində strateji mövqeyi ilə seçilirdi. Lakin 1993-cü ildə ermənilər tərəfindən rayonun 73 faizi işğal edildi. 90 kənd, 74 məktəb, 271 mədəniyyət evi, dünya unikallığı olan Çörək Muzeyi və yüzlərlə obyekt dağıdıldı, yandırıldı, talan edildi. 128 min sakin öz ev-eşiyindən didərgin düşdü. Ermənistanın işğalı zamanı törətdiyi vandallıq, mədəni irsimizin məhv edilməsi, yaşayış məntəqələrinin yandırılması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi də Ermənistanı dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmağa çağırsa da, işğalçı ölkə bunu illərlə yerinə yetirməkdən yayındı.

Tarixi ədalət yalnız 2020-ci ildə – Vətən Müharibəsində qazanılan böyük Zəfərdən sonra bərpa olundu. 10 noyabr bəyanatına əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu, həm şəhidlərimizin ruhuna ehtiram, həm də xalqımızın iradəsinin qələbəsi idi. Həmin gündən etibarən Ağdamın dirçəlişi, həyatın bu torpaqlara dönüşü başladı. Minlərlə hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi.

2023-cü ildə ölkə Prezidenti tərəfindən təsis edilən şəhər günləri çərçivəsində 20 noyabr rəsmi olaraq Ağdam şəhəri günü elan edildi.

Ağdam bu gün həm sürətli bərpa, həm də böyük qayıdışın simvoludur. 2022-ci ildə təsdiq edilən Baş Plan Ağdamı işğaldan azad olunmuş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevirəcək. Artıq bir neçə məhəllədə tikinti işləri davam edir, Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələləri istifadəyə verilib və yüzlərlə ailə öz yurduna qayıdıb. 2025-ci ilin oktyabrına qədər 825 ailənin - 3318 nəfərin Ağdama köçürülməsi artıq reallaşmışdır. Bu qayıdış prosesində mina təmizlənməsi, yolların, körpülərin, məktəblərin, xəstəxanaların, parkların inşası paralel şəkildə aparılır. Ağdamın əvvəlki şöhrəti, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan dağıntılar arasından yeni və müasir şəhər kimi dirçəlir.

Ağdam Sənaye Parkı Qarabağın iqtisadi dirçəldilməsinin əsas mərkəzlərindən birinə çevrilib. 190 hektarlıq ərazidə artıq 28 rezident fəaliyyət göstərir, 9 müəssisə işə düşüb, yüzlərlə insan daimi işlə təmin olunub. Bu layihələr Ağdamın təkcə bərpa olunan şəhər deyil, həm də böyük sənaye və iqtisadi mərkəz kimi inkişaf etdiyini göstərir.

İşğaldan azad edilmiş Ağdamda nəqliyyat infrastrukturu da genişlənir. 2025-ci il mayın 10-da istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi həm regionun, həm də bütün Qarabağın mühüm logistika qovşağıdır.

Ağdamın mədəni ruhu da bərpa olunur. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi, sərgi salonları Qarabağın qədim musiqi irsinin yenidən canlanmasına xidmət edir. Burada keçiriləcək tədbirlər təkcə mədəniyyətimizin deyil, həm də mənəvi mübarizəmizin davamı kimi dəyər daşıyır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2025-ci illər ərzində dəfələrlə Ağdama səfərləri, təməlqoyma və açılış mərasimləri, yeni layihələrin icrası Ağdamın bərpasının dövlət tərəfindən necə yüksək səviyyədə diqqət altında saxlanıldığını nümayiş etdirir. Hər bir səfər həm yeni ümid, həm yeni tikinti, həm də qayıdış prosesinin daha da sürətlənməsidir.

Ağdamın bərpasında atılan hər addım, bu şəhərdə yenidən açılan hər səhifə övladlarını vətən yolunda itirmiş ailələr üçün təsəlli, ümid və qürurdur.

Bu gün Ağdam əvvəlkindən daha güclü, daha müasir və daha möhtəşəm şəkildə dirçəlir. Vətənin bu gözəl guşəsinə həyat yenidən qayıdır. Biz inanırıq ki, Prezident İlham Əliyevin iradəsi, Azərbaycan xalqının birliyi və şəhidlərin müqəddəs ruhu ilə Ağdamın əvvəlki şöhrəti tam bərpa olunacaq. Bu torpağın qələbə hekayəsi bundan sonra nəsillərə həm dərs, həm də qürur mənbəyi olacaq.

Ağdam dirçəlişin, qayıdışın, zəfərin şəhəridir. Bizim üçün isə həm də şəhid qanı ilə müqəddəsləşmiş Vətən torpağıdır.

Nizami Zalov
Şəhid Vidadi Zalovun atası, Abşeron rayon Saray bələdiyyəsinin sədri

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş OLAY
Bu gün, 13:02
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb - “Politico”
Bu gün, 13:01
Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... oradan öz yüklərinin yoxlanılmamasını TƏLƏB EDİR
Bu gün, 12:56
Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5-ə yaxın nazir, bəzi deputatlar...” - Məşhur astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:55
9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib – Ölkələr və qiymətlər
Bu gün, 12:50
Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət - “Diqqətsizliyin, qayğısızlığın nümunəsidir”
Bu gün, 12:39
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA
Bu gün, 12:37
Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:35
Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... - ŞOK FOTOLAR: Yüzlərlə ağac məhv edilib...
Bu gün, 12:21
Bu xanım hakimə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:09
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - MƏQALƏ
Bu gün, 12:07
Musayevin bıçaqlanması - federasiya prezidenti həbsdən buraxıldı
Bu gün, 12:03
Xocavənddə daha 140 ev və binalar təmir olunacaq - 4 ŞİRKƏTƏ 12 MİLYON MANATLIQ SİFARİŞ
Bu gün, 11:57
Afət Fərmanqızından sürpriz siyahı - İlk “beşlik”də Vəfa da var
Bu gün, 11:51
İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür - BELƏ HARA GEDİRİK?..
Bu gün, 11:43
Tiktok-da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırtdı - Azərbaycanda QEYRİ-ADİ OLAY
Bu gün, 11:41
Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi
Bu gün, 11:38
Böyükşor bataqlığa çevrilir - Demə, gölü “çirkab suları” yaşadırmış
Bu gün, 11:34
Azərbaycan Vəhdət Partiyasının funksioneri ürək köçürmə dələduzluğunda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:27
"Bu dəfə əclafın biri olacağam" - Əməkdar artist
Bu gün, 11:25
Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü – həkim səhlənkarlığı
Bu gün, 11:18
Yeni dünya nizamı: "Transxəzər altılığı" Avrasiya gücünün yeni qütbüdür - İNCƏLƏMƏ
Bu gün, 11:15
“ “Azərbaycanfilm” kinostudiyası ölüb, oranı diriltmək lazımdır, təmirə ehtiyacı var”
Bu gün, 11:11
Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək
Bu gün, 11:08
“Alim Qasımov muğamları, qızı da mahnılarımızı zay etdi, bu ixtiyarı sizə kim verib?” - QALMAQAL
Bu gün, 11:07
DSX-nin əsgəri özünü güllələdi - TƏFƏRRÜAT
Bu gün, 11:05
Sabiq hərbi hissə komandirinə hökm oxunub
Bu gün, 11:02
İqtisadçıdan nazirə şok sözlər - "Günün az qala 2-3 saatını yollarda keçirib..."
Bu gün, 11:00
Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər - SİYAHI
Bu gün, 10:58
FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb – Bu açıq-aşkar qanunsuzluqdur
Bu gün, 10:56
Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası
Bu gün, 10:53
Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 10:50
Sarayda 26,4 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 10:47
Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə... - BU NƏDİ BELƏ?
Bu gün, 10:44
Sabiq icra başçısının ölkədən çıxışına “stop” qoyulub - TƏFƏRRÜAT
Bu gün, 10:37
Bakıda doğulan qadın vitse-qubernator oldu - FOTO
Bu gün, 10:36
Xalq artisti Roza Cəlilova vəfat edib
Bu gün, 10:31
5 ildir MAAŞ ARTIMI gözləyən SOCAR işçilərinə XƏYALPLOV... - Əslində isə...
Bu gün, 10:27
"Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər" - Sərdar Cəlaloğlu
Bu gün, 10:13
Kreml Ermənistanda “taxıl müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 10:09
Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub - Rusiya MN
Bu gün, 10:01
Cəlilabadın `hərbi komissarının` OLİQARX HƏYATI... - İcazə verin, şübhələnək...
Bu gün, 09:50
ABŞ Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 09:42
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:36
Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:26
Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü – 262 minə
Bu gün, 09:25
Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi – SENSASİON DETALLAR
Bu gün, 09:20
Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? –ETSN hələ da susur…
Bu gün, 09:17
“Freedom House” yenidən anti-Azərbaycan mövqedə - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru