Rüşvət almada təqsirləndirilən sabiq hərbi hissə komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən Vüsal Hüseynov Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olub.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.










