Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov Bakıdan Qazaxıstana yola düşərkən hava limanından geri qaytarılıb.
Gununsesi.info -nun əldə etdiyi məlumata görə, sərhəd-keçid məntəqəsində ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilib.
Saleh Rüstəmov Gununsesi.info -ya açıqlamasında deyib ki, sərhədçilər məhdudiyyətin hansı qurum tərəfindən tətbiq edildiyini açıqlamayıblar.
“Sabah bu məsələni araşdırmağa çalışacağam. Bir neçə ay idi ki, Azərbaycanda yox idim. Bacım qızının hüzr mərasiminə gəlmişdim. İndi isə işlərimin arxasınca gedirdim. Təəssüf ki, heç bir səbəb göstərilmədən məni hava limanından geri qaytardılar”, – deyə Rüstəmov bildirib.










