Şantaj necə müəyyən edilir? "DİA-AZ"ın məlumatına görə, vəkil Esmira Rzayeva bildirib ki, şantajın müəyyən edilməsi üçün telefon zəngi və ya vhatsap səsi kifayət edir:
Şantaj məsələn "Sənin mənim əlimdə cəmiyyətə məlum olmayan hansısa gizli məsələ var ki, mən açsam, sən rüsvay olacaqsan. Sən mənə flan qədər pul verməsən, məndə olan o materialı sabah yayacağam və sən biabır olacaqsan" deyilməsi artıq şantajdır. Artıq sənin bu materialı hardasa yayıb-yaymamağının mahiyyəti yoxdur. Artıq cinayət başa çatmış hesab olunur və cinayətkar 182-ci maddədə nəzərdə tutulmuş hərəkəti etmiş olur. Yəni artıq şəxs bununla bağlı məsuliyyət daşıyır. Şantaj ağır cinayətlər kateqoriyasındandır. Böhtanla bağlı Cinayət Məcəlləsində 147-ci maddə var. Böhtanın və şantajın şərtləri başqadır. Böhtan ayrıca özü cinayət əməlidir. Şantajla bərabər böhtanın olması cinayət əməlini daha da ağırlaşdırır".
Şantaj edən şəxsi 5 ildən 15 ilədək bəhs cəzası gözləyir:
"Şantaja görə ən aşağı 5 ildən başalayaraq həbs cəzası müəyyən edilir. Sadə şantaj olanda cəza 5 ildən 10 ilədək müəyyən edilir. Hədə-qorxu ilə tələb etmə mütəşəkkil dəstə tərəfindən olarsa, məqsədli şəkildə, zərərçəkmiş şəxsin sağlamlığına ziyan vurarsa, cəzanın müddəti 10 ildən 15 ilədək qalxır. Hədə-qorxu ilə tələb etmə cinayəti ağır cinayətlər kateqoriyasına aiddir."Bir nəfəri 7 ildən yuxarı cəza gözləyirsə, bu, ağır cinayət hesab edilir. Böhtan da qarışıq olanda iş iki maddə ilə daha da ağırlaşır".
Şantaj olunan şəxsin əlində şantaj materialı varsa, bu zaman birbaşa məhkəməyə müraciət olunmur, polisə məlumat verilir:
"Məhkəməyə müraciət Cinayət Məcəlləsinin dörd maddəsi ilə olunur:165, 166, 147, 148- ci maddə. Müraciət edilir və istintaq aparılır".










