ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.
APA xəbər verir ki, bu, Ağ Evin açıqladığı sənədlərdə öz əksini tapıb.
Sənədlərdə ABŞ prezidenti Donald Trampın krallığa F-35 təyyarələri də daxil olmaqla əhəmiyyətli dərəcədə müdafiə məhsulları paketinin satışını təsdiqlədiyi bildirilir.
Bu razılaşma ilə bağlı müqavilələr və təchiz edilən avadanlıqlar barədə əlavə məlumat verilməyib.










