Milli Məclisin ən gənc deputatlarından olan 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Mircəlil Qasımlının fəaliyyətsizliyi sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Pravda.az xəbər verir ki, 33 yaşlı deputatın parlamentin iclaslarında, hətta gündəmi narahat edən digər məsələlər barədə susqun qalması, yerli mətbuata açıq olmaması tənqid edilib.
Pravda.az haqqında səsləndirilənlə bağlı Mircəlil Qasımlının fikirlərini öyrənmək üçün onunla əlaqə yaratmağa çalışıb. Deputat nəinki zənglərə, hətta yazılı sorğuya da heç bir münasibət bildirməyib.
Qeyd: VII çağırış deputatı olan Mircəlil Qasımlı parlamentdə İnsan huquqları, o cümlədən Gənclər və idman komitəsinin üzvüdür. O, əvvəllər "Bakı Məişət Maşınları" açıq səhmdar cəmiyyətinin (ASC) sədri vəzifəsində çalışıb. Lakin son günlər o, xaricdəki biznesi ilə gündəmə gəlib. Belə ki, deputatın diplomat Cəlal Qasımovun qardaşı oğlu, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun əmisi oğlu olması fonunda Slovakiyada biznesinin də olduğu deyilir. Deputatın Bratislavada 2006-cı ildən fəaliyyətdə olan şirkətinin adının " SATEX ING International sro" olduğu, kapitalının 2024-cü il maliyyə hesabatına görə, 116,800 avro təşkil etdiyi də bildirilir.








