“Nolsun ki, yaşım 66-dır, mator 35-dir…”
Yenicag.az xəbər verir ki, bu sözləri şou aləmində “Elit Star” ləqəbi ilə tanınan müğənni Cəmilə Bayramova “Rəngarəng” verilişində deyib.
İdmanla məşğul olduğunu və bütün gününü yaradıcılığa həsr etdiyini deyən sənətçini aparıcı pərt etməyə çalışıb.
Aparıcı Zaur Nəbioğlu, “Bu yaşda? 66 yaşınız var axı, yorulmursunuz?” deyərək müğənniyə müraciət edib. Müğənni isə onu dərhal “nakaut” edib:
“Nolsun yaş 66-dır, mator 35, benzin də 98-dir. Niyə yorulmalıyam ki…”








