Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün götürdüyü ofisin aylıq icarə haqqı məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, 1093 m² sahəyə malik ofisin 12 aylıq icarə haqqı 262.320 manat müəyyənləşib.
Başqa sözlə, İxtisaslaşmış Sosial Xidmət Müəssisəsinin ofisinin aylıq icarə haqqı 21 860 manat hesablanıb.








