Əsas Səhifə > Güney Press > Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür

Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür


Bu gün, 14:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün götürdüyü ofisin aylıq icarə haqqı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, 1093 m² sahəyə malik ofisin 12 aylıq icarə haqqı 262.320 manat müəyyənləşib.

Başqa sözlə, İxtisaslaşmış Sosial Xidmət Müəssisəsinin ofisinin aylıq icarə haqqı 21 860 manat hesablanıb.


Geri qayıt