“Qismət-M House” MMC-nin vergi borcunun miqdarı açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, qanuni təmsilçisi Anar Rahib oğlu İbadov olan şirkətin dövlətə 29 314 AZN borcu var.
Nizamnamə kapitalı 10 AZN olan MMC “Premium Park Neftçilər” adı ilə Bakının Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında çoxmənzilli yaşayış binaları inşa edir. Şirkət Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova yaxınlığı ilə tanınır.








