Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan ilə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono arasında İrəvanda görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, görüşdə Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos da iştirak edib:
“Tərəflər regiondakı mövcud inkişafları müzakirə edərək, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının vacibliyini vurğulayıblar”.








