Bakıda avtotəlim mərkəzlərindən birində çalışan qadın təlimçi iki nəfərə qarşı dələduzluq edib.
Teleqraf.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Rəhimova (soyad şərtidir) işlədiyi avtotəlim mərkəzinə müraciət edən iki xanımın sürücülük vəsiqəsinin olmadığını bildikdən sonra onlara vəzifəli şəxslər vasitəsilə bu sənədi tez bir zamanda əldə etdirəcəyi vədini verib.
Rəhimova zərərçəkmiş şəxslərdən 800–900 manat məbləğində pul alsa da, vədini yerinə yetirməyib və pulu şəxsi ehtiyaclarına xərcləyərək onları aldadıb.
Məhkəmədə məlum olub ki, zərərçəkmişlər ondan dəymiş zərəri tam şəkildə aldıqları üçün Rəhimovanı bağışladıqlarını bildiriblər. Təqsirləndirilən şəxs də əməlindən peşman olduğunu deyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə G.Rəhimova barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.










