Rusiyanın Smolensk vilayətinin yeni vitse-qubernatoru vəzifəsinə vilayətin təhsil və elm naziri Dina Sergeyevna Xnıçova təyin olunub. Bundan əvəvl həmin vəzifəni Vita Xomutova yerinə yetirib.
Lent.az xəbər verir ki, Dina Sergeyevna 23 avqust 1985-ci ildə Azərbaycan SSR-də, Bakı şəhərində anadan olub. 2011-ci ildə “Ümumrusiya Qiyabi Maliyyə-İqtisad İnstitutu”nu “Təşkilatların menecmenti” ixtisası üzrə bitirib.
2005–2017-ci illər: Smolensk Peşəkar Təhsil Akademiyasında çalışıb, o cümlədən rəhbər vəzifələrdə.
2017–2023-cü illər: Smolensk vilayəti Təhsil və Elm Departamentinin müavini, daha sonra birinci müavini.
2023–2025-ci illər: Smolensk vilayətinin təhsil və elm nazirinin birinci müavini, daha sonra nazir.
2025-ci ildən: Smolensk vilayəti Hökuməti sədrinin müavini – Təhsil və Elm naziri.










