Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub .....                     Cəlilabadın `hərbi komissarının` OLİQARX HƏYATI... .....                     ABŞ Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmağa çalışır .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı .....                     Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü .....                     Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? .....                     Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi .....                     Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? .....                     “Freedom House” yenidən anti-Azərbaycan mövqedə .....                     "Gomas Auto” MMC-nin vergi borcu artıb .....                     Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... .....                     LEO-BANK müştərini belə yola verir... .....                     Rusiya-Ukrayna savaşında tərəfə çevrilmək... .....                     Ruslar bu şəhərə hücuma başladı .....                     Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər .....                     Əmrullayevin Azərbaycan təhsilinə vurduğu zərbələr... .....                     Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! .....                     Türkiyə bankı Mehdiyevlə əlaqədə? .....                     İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi .....                     ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır .....                     Şantaj necə müəyyən edilir? .....                     Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR .....                     “Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1-ci Xanıma da yolla...” .....                     Şagird sayı az olan məktəblər bağlanacaq .....                     Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal .....                     Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... .....                     "Mənzər xanımla heç bir şəxsi problemim olmasa da..." .....                     Bakıda qadın təlimçi iki nəfəri sürücülük vəsiqəsi almaq adı ilə aldadıb .....                     "Meyxanada heç kim mən gördüyüm işləri görməyib" .....                     Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək .....                     ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq .....                     Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? .....                     Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək .....                     Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Niderland Azərbaycana yeni səfir müavini təyin edib .....                     Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü .....                     İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU .....                     "Qanın içində maşına apardıq, yolda can verdi" .....                     Azərbaycanda buğda istehsalı niyə azalır .....                 

Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 09:00 | Çap et

ABŞ Maliyyə Nazirliyi “Lukoil”in xarici aktivlərinin satışı üçün icazəni bu il dekabrın 13-dək uzadıb. Neft nəhənginin Bolqarıstandakı aktivləri üçün bu müddət gələn ilin apreli müəyyən edilib, Qazaxıstandakı aktivləri isə sanksiyalardan tamamilə azad edilib.

“Yeni Müsavat” qeyd edir ki, “Lukoil”in xarici aktivləri 12-15 milyard dollar dəyərində qiymətləndirilir. Rusiya şirkəti bildirib ki, hazırda bir neçə potensial alıcı ilə danışıqlar aparılır, yekun razılaşmalar əldə edildikdən və lazımi tənzimləyici təsdiqlər alındıqdan sonra konkret sövdələşmə elan olunacaq. “Lukoil” törəmə şirkətləri vasitəsilə Avropadakı iki neft emalı zavoduna (Rumıniyada və Bolqarıstanda) tam sahiblik edir, həmçinin Hollandiyadakı Zeeland neft emalı zavodunda 45% paya malikdir. Şirkət həmçinin ABŞ və Avropa da daxil olmaqla, 20 ölkədə 2400 yanacaqdoldurma məntəqəsindən ibarət geniş şəbəkəyə malikdir.

Beynəlxalq treyder “Gunvor” “Lukoil”ə şirkətin bütün xarici aktivlərini almaq niyyətini bildirib. Lakin ABŞ Maliyyə Nazirliyi bu şirkətin Rusiya ilə əlaqələrini əsas gətirərək alqı-satqı əməliyyatına icazə verməyib. Bundan dərhal sonra mediada “Lukoil”in xarici törəmə şirkətləri üçün müxtəlif iddiaçılar, əsas namizəd Amerika investisiya fondu “Carlyle Group” haqqında məlumatlar yayılmağa başladı. Dünyanın ən böyük özəl kapital şirkətlərindən biri olan “Carlyle Group” 474 milyard dollar dəyərində aktivlərin idarə edir və maliyyə xidmətləri göstərir.

Şirkət bu məlumatı şərh etməyib, lakin Qərb ekspertləri qeyd ediblər ki, “Gunvor”dan fərqli olaraq, “Carlyle Group”un sövdələşmə icazəsi almaq üçün şansı çoxdur. Bundan başqa, iki xarici şirkət də “Lukoil”in Rumıniyadakı aktivlərini almaq niyyətində olduqlarını rəsmən bəyan ediblər. Bu şirkətlər Rumıniya bazarında artıq mövcud olan Macarıstanın “MOL Qrup”u, Yunanıstanın “Hellenic Petroleum”dur. “Lukoil” dekabrın 13-dək “Şahdəniz” qaz-kondensat layihəsindəki 19,99 faiz payını satmağa çalışacaq, çünki şirkət layihə üzrə öhdəliklərini yerinə yetirmək istəmir. Bu barədə Haqqın.az-a məlumatlı mənbədən bildirilib.

Yeri gəlmişkən, Azərbaycandakı sürücülər “Lukoil” neft şirkətinə aid olan yanacaqdoldurma məntəqələrində kartla ödəniş edə bilmədiklərindən şikayətlənirlər. Sürücülərin sözlərinə görə, “Lukoil” məntəqələri yalnız nağd pul qəbul edir. Haqqin.az-ın sorğusuna cavab olaraq, şirkətin Azərbaycan ofisinin əməkdaşı ödəniş terminallarının şirkət sanksiyalar altında olduğu üçün işləmədiyini bildirib.

Sanksiya təzyiqi şirkətin Azərbaycandakı nümayəndəliyinə də təsir göstərir. “Lukoil Azərbaycan” sanksiya siyahısına daxil edilməsə də, ABŞ-nin məhdudiyyətləri maliyyə əməliyyatları üçün risk yaradır, çünki dollarla hesablaşmalar və beynəlxalq banklarla qarşılıqlı əlaqələr problemli hala gəlir.

“Lukoil”in Azərbaycandakı bəzi layihələrinə sanksiyalar rejimindən istisnalar tətbiq edilib. 14 oktyabr 2027-ci ilə qədər məhdudiyyətlər şirkətin “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və Xəzər qaz kəmərləri kimi böyük enerji layihələrindəki fəaliyyətinə şamil edilmir. Lakin bu istisnalar yalnız Böyük Britaniya sanksiyalarına aiddir. ABŞ-nin sanksiya paketi oxşar yumşalmanı əhatə etmir. ABŞ sanksiyalarının güclənməsi səbəbindən Azərbaycan faktiki olaraq “Lukoil”dən neft alışını dayandırıb.

Azərbaycan bu şirkətin xarici aktivlərinə heç bir maraq göstərmir. Bunun səbəbi nə ola bilər?

ReAl Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bununla bağlı müəyyən danışıqlar gedə bilər: “Belə müzakirələrin getdiyini istisna etmirəm. Sadəcə, bu aktivləri kim alacaq? Ancaq SOCAR ala bilər. O da problemli aktivlərdən kənarda dayanmağa çalışır. Azərbaycanda elə böyük şirkətlər, milyarder iş adamları da yoxdur ki, həmin xarici aktivləri "Lukoil"dən alsın. Ona görə deyirəm ki, buna yalnız SOCAR namizəd ola bilər".

İqtisadçı qeyd edib ki, Azərbaycanda böyük bank, yaxud dövlət bankı xarici aktivləri bəlkə almaq istəyə bilər: “Məsələn, Qazaxıstanda bir neçə özəl şirkət var ki, bununla maraqlanırlar. Bizdə elə özəl şirkətlər də yoxdur. SOCAR-ın isə buna marağı görünmür. Lakin ola bilər ki, danışıqlar gedir, sadəcə, bu haqda ictimaiyyətə açıqlama verilmir”.

Siyasi ekspert Ramiyə Məmmədova “Lukoil”in sanksiyalar qarşısında tab gətirmədiyini və qısa müddətdə çökdüyünü müşahidə edir. Onun fikrincə, Putinin şəxsi müharibəsi Rusiyada oliqarxları müflis etməkdədir: “Trampın sanksiya qərarı "Rosneft" və “Lukoil”ə tətbiq edildi. Bu, təsadüfi deyildi. Birləşmiş Ştatların Rusiyanın neft sənayesinin ürəyindən nişan aldı. Əgər Kreml lideri Ağ Ev başçısının Ukraynada qoşunların olduqları yerdə dayanmaq şərtini qəbul etsəydi, Rusiya bu hadisələrdən müəyyən uduşla çıxardı. Bundan sonra Rusiyanın neft sektoru daha da iflic ediləcək. Ukrayna dronları hər gün dərinliklərdə olan neft emalı zavodlarını yandırır. Bu da həm dövlətin iqtisadiyyatına, həm də Vahid Ələkbərova və 100-dən çox rusiyalı oliqarxa dəyən zərbədir".

Təhlilçi Azərbaycanın “Lukoil”in xarici aktivlərini alacağını istisna etmir, sadəcə, bunun xərcləri ilə iqtisadi dividentləri araşdırılmalıdır: “Məsələn, bugünlərdə məlum oldu ki, İraqın Bəsrə şəhərində fəaliyyət göstərən "Lukoil" şirkətinin əməkdaşları maaşlarını ala bilmir. Ümumiyyətlə, ABŞ-nin yeni sanksiyalarının tətbiqindən sonra “Lukoil” İraq yatağında fövqəladə vəziyyət elan edib. Yəni şirkət Rusiya vətəndaşlığı olmayan bütün xarici işçilərlə əməkdaşlığı dayandırıb. Ona görə Azərbaycan araşdırmalı və müqayisə aparmalıdır ki, xarici aktivləri almaq nə qədər faydalıdır. Təbii ki, buna iqtisadçılar daha aydın cavab verə bilər, amma Azərbaycanda xarici aktivləri ala biləcək enerji şirkətləri yoxdur. Üstəlik, “Lukoil” Trampın hədəfindədir, faktiki sanksiyalardan yaralı vəziyyətdədir. Belə olan halda, onu götürmək və dirçəltmək nə qədər mümkündür?!"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub - Rusiya MN
Bu gün, 10:01
Cəlilabadın `hərbi komissarının` OLİQARX HƏYATI... - İcazə verin, şübhələnək...
Bu gün, 09:50
ABŞ Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 09:42
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:36
Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:26
Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü – 262 minə
Bu gün, 09:25
Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi – SENSASİON DETALLAR
Bu gün, 09:20
Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? –ETSN hələ da susur…
Bu gün, 09:17
“Freedom House” yenidən anti-Azərbaycan mövqedə - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
"Gomas Auto” MMC-nin vergi borcu artıb - 1 milyon 118 min AZN
Bu gün, 09:05
Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
LEO-BANK müştərini belə yola verir... - Bunun başqa adı yoxdur...
Bu gün, 08:58
Rusiya-Ukrayna savaşında tərəfə çevrilmək... - AKTUAL
Bu gün, 08:08
Ruslar bu şəhərə hücuma başladı - Kotenok
Bu gün, 08:03
Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər - MÜRACİƏT
Bu gün, 07:52
Əmrullayevin Azərbaycan təhsilinə vurduğu zərbələr... - Bir deyil... iki deyil...
Bu gün, 07:48
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -Satılıq və icarə QHT-lər var
Bu gün, 07:45
Türkiyə bankı Mehdiyevlə əlaqədə? - Deyilənə görə...
Bu gün, 07:40
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi - İLGİNC FAKTLAR
Bu gün, 07:25
ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır - "Axios"
Bu gün, 07:19
Şantaj necə müəyyən edilir? - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 07:17
Mədəniyyət Nazirliyi hələ də İZ AZDIRIR - "8 milyon məsələsini unutdurmağa çalışır..."
Bu gün, 07:11
“Rəsul Quliyev tövsiyə etdi ki, Ramiz Mehdiyevə yazdığın açıq məktubu olduğu kimi Prezidentə və 1-ci Xanıma da yolla...” - SƏN DEMƏ...
Bu gün, 06:58
Şagird sayı az olan məktəblər bağlanacaq - Bəs müəllim və təhsil alanların taleyi necə olacaq?
Bu gün, 06:52
Nigar Camal və Fərqanə Qasımova arasında qalmaqal - "Məhkəməyə müraciət ola bilər..."
Bu gün, 06:45
Azərbaycan dəyişir, artıq əvvəlki kimi ola bilmir... - İNCƏLƏMƏ
Bu gün, 06:40
"Mənzər xanımla heç bir şəxsi problemim olmasa da..." - QALMAQAL
Bu gün, 06:37
Bakıda qadın təlimçi iki nəfəri sürücülük vəsiqəsi almaq adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Meyxanada heç kim mən gördüyüm işləri görməyib"
Bu gün, 06:32
Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:30
ABŞ Səudiyyə Ərəbistanına F-35 təyyarələri və təxminən 300 tank satacaq - AÇIQLAMA
Bu gün, 06:27
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:24
Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10
Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24
Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07
İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04
"Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02
Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57
Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49
ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35
Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18
ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16
Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14
"Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08
Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru