5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                     Turizm Agentliyində 18,5 milyonluq yeyinti .....                     Elşad Həsənovun KOLXOZVARİ HESABATI... .....                     İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... .....                     Yayda sular da tətilə gedirmiş.. .....                     “Bərəkət” ASC-nin rəhbərliyi seçilir .....                     Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... .....                     “Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək .....                     Dünyanı çox ciddi fəlakətlər gözləyir .....                     “Azəri-Med”in lisenziyası yoxa çıxdı .....                     Nəqliyyat şirkətinin səhmdarları toplanır .....                     Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir .....                     Britaniya nəşri də Azərbaycana böhtan atdı .....                     Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... .....                     Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun .....                     Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR .....                     Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... .....                     Putinin arxasında barınan Xəlilovlar... .....                 

Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Tarix: 9-06-2025, 13:06 | Çap et

Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatı zamanı bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının (AMTF) prezidenti Araz Musayev hazırda müalicəsini qardaş ölkədə davam etdirir. Mayın 28-də baş vermiş hadisə ilə əlaqədar bir qrup şəxs saxlanılaraq, istintaqa cəlb olunub.

Araz Musayev Teleqraf-a müsahibəsində olayın necə baş verməsindən, qarşı tərəflə aralarında yaranan münaqişənin səbəblərindən danışıb. Onunla müsahibəni təqdim edirik:

- Hadisənin sifarişçisinin Adil Əliyev olduğunu iddia etmisiniz. Bu, kifayət qədər ciddi ittihamdır. Sübutunuz varmı? O, mediaya müsahibəsində bu iddianın yalan olduğunu, istintaqı çaşdırmaq məqsədi daşıdığını bildirib...

- Azərbaycan Kikboksinq Federasiyasını (AKF) Adil Əliyev idarə edir. 7-8 ay əvvəl AKF Gənclər və İdman Nazirliyinə məktubla müraciət edərək, AMFT-yə iddiasını ortaya qoymuşdu. Bu məqsədlə məni görüşə çağırmışdılar. Onlar mənə belə bir istəyin olduğunu bildirəndə mən "AMTF ictimai birlikdir, rəhbərliyi 4-5 ildə bir dəfə keçirilən seçki yolu ilə müəyyənləşir” formasında etiraz etdim. Adil Əliyevə “siz necə deputat seçilmisinizsə, burada da o formada seçkilər olur", - dedim. O isə deputatlıqla bunu eyniləşdirməməyimi bildirərək “Muay-tay bizim olacaq və bu məsələ də bitəcək" cavabını verdi. Bu söhbət zamanı orada 5-10 nəfər adam var idi. Ondan sonra da belə mübahisələr davam etdi. Falçı deyiləm ki, qabaqcadan məni vuracaqlarına dair məlumat verim. Türkiyəyə yollanmamışdan öncə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarımıza, bir sözlə, hər yerə məlumat vermişdim. Çünki məndə müəyyən məlumatlar var idi. Məni vuranların heç birini tanımıram. O adamları saxlayıblar, içəridədirlər. Adil Əliyevin mənimlə bağlı yazışmaları, səs yazısı, sözatması var. O deyilsə, niyə adı bu olayda çəkilsin ki?! Özü də deyir ki, belə söz-söhbətlərdə niyə adım hallanır?

Mənim düşmənim yoxdur, bundan əvvəl də olmayıb. Digər tərəfdən, bu, adi bıçaqlanma deyil, sui-qəsddir, 100-dən çox ölkənin idmançılarının gözü önündə baş vermiş hadisədir. Mən əminəm ki, onlar ora göndərilmişdilər. Türkiyə polisi onları qısa müddətdə Antalya hava limanında - Rusiyaya qaçmaq istədikləri vaxt yaxaladı. Hamısı bəllidir. Onlar mayın 19-dan məni izləyiblər. Bu, mütəşəkkil cinayətdir. Əks halda, AKF-in vitse-prezidenti Elşən Abdulrəhmanovun, Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyun burada nə işi vardı?

- Azər Həsənsoy əvvəllər sizin məşqçi-müəlliminiz olub, deyilənə görə. Onunla nəsə probleminiz olub?

- Xeyr, o mənim müəllimim olmayıb. Amma həmişə hər yerdə “müəllim” adından istifadə edib. Yanında cəmi bir il məşğul olmuşam.

- Federasiyanı sizə Azər Həsənsoyun verdiyi bildirilir...

- Federasiya onun atasının malı deyil. AMTF ictimai birlikdir, heç kəsin deyil. Federasiya prezidenti seçki yolu ilə müəyyənləşir. Onun deyil ki, götürüb mənə versin. Hər yerdə o sözü işlədir. Məgər federasiya firma və yaxud şəxsi obyektdir?

- Bəs onun özünün rəhbərlikdən ayrılmasının səbəbi seçkidə uduzması idi, yoxsa özü getmək istədi və bu vəzifə sizə təklif olundu?

- Federasiya yaranan gündən orada vitse-prezident kimi fəaliyyət göstərmişəm. 3 il öncə seçkilər təşkil olunub və mən federasiya prezidenti seçilmişəm. Vitse-prezident olduğum vaxtlarda da prezident kimi fəaliyyət göstərmişəm. Azərin əlində isə az qala 15-20 qurum olub. Mən idmançı kimi aktiv olmuşam. Gənclərə dəstək verərək onları inkişaf etdirmək yönündə də öndə olmuşam. Federasiya kiminsə mülkü deyil ki, mənə hədiyyə etsin. Deyir “Federasiya mənim olub, mən vermişəm”. Mənimsəmənin bir yolu da budur. Federasiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ictimai birlikdir. 3 ildir ki, federasiyaya rəhbərlik edirəm.

- Sizə qarşı bunu da deyirlər ki, 9 dəfə dünya çempionluğunu harada qazanmısınız? Bunu da açıqlayardınız...

- Onu harada qazanmağımı Adil Əliyevdən soruşun. O bilir. Həmin dövrlərdə o, AKF prezidenti olub. Çoxunu kikboksinq üzrə qazanmışam.

- Böyüklər arasında?

- Bəli. Hansı illərdə qazandığım döyüş növünə, yarışın adına və Adil Əliyevin özünün imzasına qədər Gənclər və İdman Nazirliyində arxivdə var. Mənim 50 yaşım var. Bundan sonra arxivdən nəyisə tapıb kiminsə qabağına qoyan deyiləm. Həmin illərdə Adil Əliyevin təqdimatı ilə cənab Prezidentin qəbulunda olmuş, əməkdar idman ustası adı almışam. Neçə döyüş keçirməyimə qədər qeydiyyata almışdılar.

Nazirliyində rəhmətlik Tofiq Babanlının şöbəsi vardı, o vaxt keçirdiyim döyüşlər sayına qədər qeyd olunub. Bu gün onların adını “hoqqa” qoyur. Sonra dərinə gedəndə “Biz o federasiyaları tanımamışıq” deyir. Sən tanımamısansa, deməli, belə çıxır ki, 20 il ölkə rəhbərliyini aldatmısan?

- Kikboksinq üzrə dünyada tanınan bir təşkilat var - WAKO (Ümumdünya Həvəskar Kikboksinq Təşkilatı - red.). Siz bu təşkilatın versiya üzrə dünya çempionluğu qazanmısınız?

- Yalnız o təşkilat deyil. Dünyada bir çox kikboksinq federasiyası var. Azərbaycan da onların bir neçəsi ilə müqavilə bağlamışdı və nümayəndəsi idi. WAKO-da o dövrdə iştirak edən də mən və Roman Tağıyev olmuşuq. İndiyə qədər Azərbaycanda üçüncü yerə çıxan da yalnız mən olmuşam. Yalnız WAKO adı söylənilirsə, yazın ki, bu versiya üzrə neçə dünya çempionumuz var. Eduard Məmmədov WAKO versiyası üzrə bir ya iki dəfə dünya çempionu olub. Elə isə niyə yazılır ki, 28 dəfə dünya çempionu olub? O zaman yazın ki, kikboksinq əvvəl olmayıb, 2-3 ildir fəaliyyətə başlayıb. O vaxtlar federasiyaların bəziləri bağlandı, bəziləri birləşdi. Bunlar karatedə də, kikboksinqdə də, muay tayda da var. Karate 80, kikboksinq 8 federasiyadan ibarət idi. Sonra birləşdilər və bir federasiya oldu. Biz o zamanlar hər birində sərbəst olaraq döyüşürdük. Azərbaycan nümayəndəliyi olmasaydı, bizi döyüşə buraxmazdılar. Azərbaycandan çıxmaq, səfirlikdən icazə almaq üçün Gənclər və İdman Nazirliyinin xarici əlaqələr şöbəsinin möhürü olmalı idi. Olmasaydı, heç bir yarışda iştirak edə bilməzdik. Türkiyə və digər viza olmayan ölkələrlərdə iştirak edə bilərsən. Amma Avropa ölkələrinin heç birində vizasız mümkün deyil. O yarışlar da İtaliyada, Yunanıstanda və digər şengen zonası ölkələrində olub.

- Hadisəni necə xatırlayırsınız?

- Biabırçı olay kimi xatırlayıram. Burada hər kəs azərbaycanlılara nifrət oxuyurdu. İstər türklər, istər xaricilər – hamısı baş yelləyib, çıxıb gedirdi. Bundan pis nə ola bilər? İki dövlətin nümayəndəsi bir-birini qırır. Kikboksçuları yollayıb burada uduzdururlar, cavan uşaqları döydürürlər. Əlbəttə, qanunsuz bir şeydir.

- Dünya çempionatına AKF də idmançı göndərmişdi?

- Bəli. 10 nəfər idmançı göndərmişdilər. Mən orada onları qanadımın altına aldım.

- Yoxsa yarışa buraxmırdılar?

- Buraxmaya bilərdilər. Mən yaxınlaşmadım ki, cavan uşaqlardır. Gördüm, hər kəs mənə düşmən kimi baxır. Hər biri hazırlaşmışdı. Mənim üstümə gəldilər, çiyin vurdular. Vurulan an da onların idmançısı çiyin vurub məni çölə çıxartdı. Sadəcə, gənc idmançı olduğundan adını verməmişəm. Azərbaycanda istintaqda lazım olarsa, onun da adını verəcəyəm. Videosu var.

- Necə oldu ki, sizi çölə çıxardılar?

- Yarış davam edən müddətdə federasiya prezidenti kimi çəkiliş edirdim. Çəkən zaman Azər Həsənsoy telefonu əlimdən almaq istədi. Dedi ki, rəhbərliyin göstərişi var, kikboksçuları çəkməyim. Mən də "federasiya prezidentiyəm, necə yəni çəkmə?!" cavabını verdim. Sonra məni itələdi. İtələdikdən sonra o biri oğlan yaxınlaşdı ki, məni vursun. Məni bayıra çıxartdı. Çölə çıxandan sonra da başıma bu iş gəldi.

- Videoda da görünür siz kiminləsə söhbət edirsiniz. Yəqin orada mübahisə edirdiniz...

- Məni çıxaranda öz komandamıza dedim ki, bunlar mənə əl-qol atır. Söylədim ki, bunlar konkret mənə qarşı hərəkətdədirlər. Bunu deyən kimi biri mənə böyürdən zərbə vurdu.

- Sizi vuran şəxsi tanıyırdınız?

- Xeyr. Vuran adamları tanımırdım. Onları göndərən adamları tanıyıram.

- Orada Azər Həsənsoyla sizin mübahisəniz yarandı. Videodakı həmin kadrda siz bir nəfəri göndərirsiniz ki, onu çıxart çölə...

- Həmin mübahisədən bir neçə dəqiqə sonra hadisə baş verib. Videolarda da var. Mənim çəkdiyim və olayın baş vermə saniyəsi var. Heç iki dəqiqə keçmədi. Azəri çıxarıram ki, bu yarışa heç bir aidiyyatı olmayan adamdır. Rinqin kənarından göstərirəm ki, Azərbaycanda digər federasiyanın prezidenti olaraq onu kənara alın. Onu oradan kənarlaşdırırlar.

- Axı kənardan azarkeşklik də edə bilərdi...

- Azarkeş orada yox, oturacaqlarda oturur. Ora iki məşqçinin çıxmasına, heç mənim dayanmağıma icazə yoxdur. Mən federasiya prezidenti olduğuma görə yaxınlaşdım, VIP rəsmi şəxs olduğumdan, içəri keçməyə imkan yaratdılar. Azər isə belə səlahiyyətdə olmadığından, orada durmağa ixtiyarı yox idi. Vəsiqəsində də Azər Həsənsoya azarkeş olaraq VIP verilmişdi.

- Bəlkə hər şey təsadüfi baş verdi: sizi vuran adam axı haradan bilə bilərdi ki, çölə nə zaman çıxacaqsınız?

- Belə hadisələr heç vaxt təsadüfü olmur. Hamısı əvvəldən hazırlanıb. Təsadüfən Rusiyadan, məhz mayın 19-da gəlmirlər, təsadüfən məni fotolarla izləmirlər. Təsadüfən məni bıçaqlamırlar. Təsadüfən Elşən Abdulrəhimovla Azər Həsənsoy yarışlara gəlmirlər. Təsadüfən AKF-in idmançılarını yarışa yollamırlar. Bunlar hamısı faktlardır. Hamısı Azərbaycanın keçmiş idmançılarıdır. Mayın 19-dan burada olmaları, maşın icarəyə götürmələri, məni izləmələrinə dair bütün şəkillər, bilgilər Türkiyə polisində var.

- İstintaqın gedişi barədə məlumatınız varmı?

- İstintaq gedir. Məni yaralayanları tutub içəri salıblar, Azərbaycanda sorğu-sual edəcəklər. Türkiyənin üzərinə nə düşürdüsə, qardaşlarımız onu etdi. Məni vuranları tapıb həbs etdilər. Türk polislərə təşəkkür edirəm. Ona görə ki, onlar bir daha sübut etdilər ki, türk milləti dünyanın harasında olur-olsun, bir-birini qorumağı bacarır. Məni maşınla xəstəxanaya çatdırdılar. Orada lazım olan hər şeylə təmin etdilər. Bu gün Azərbaycandan mənə düzgün olmayan suallar gəlir. Türkiyənin xəbər saytlarına baxsanız, görərsiniz ki, bütün məlumatlar var. Tam dolğunluğu ilə baş verənlər əks etdirilib.

- İndi səhhətiniz necədir?

- Orta-ağır. Vurulmuş, bıçaqlanaraq sui-qəsd edilmiş adam necə olar?

- Ötən gün paylaşdığınız videodan görünür ki, başınızın arxasına tikişlər atılıb...

- Hə, yata bilmirəm. Nəfəs çatışmazlığı yaradır. Yaş da öz sözünü deyir. Beşbarmaqla vurub üzümün yarı hissəsini əziblər. Üzüm keyiyib, hələ də açılmır. Beşmarmaq da deyil, qurğuşundur, dağıdıcıdır. Onu sifətimə vururdu ki, huşum itsin, o da işini görə bilsin. Digəri də içəridən gəlib arxadan bıçaqla vurur. Sonra da yerə yıxıb üç dəfə qarnıma vurur. Birinci iki dəfə demişdilər, sonra tibbi əməliyyat vaxtı üç dəfə olduğu müəyyənləşdi.

- Qarın nahiyənizə də tikiş atılıb?

- Bütöv kəsiblər ki, içəri qansızma olmasın. Qarın əzələləri bıçağın daxili orqanlara nüfuz etməsinin qarşısını alıb. Amma kəsik olduğu üçün ağrı verir.

- Bakıya nə zaman qayıdacaqsınız?

- Qayıdış tarixi dəqiqləşməyib. Çünki hələ ağrıyıram. Ağrılarım var. Xəstəxananın da bir müddəti var, sonra isə məcburam ki, ya otelə, ya da harasa yerləşim və bir müddət həkim nəzarətində qalım. Sabahadək bilinəcək. Müalicənin müddəti barədə həkimlər məlumat verəcəklər.

- Xəstəxana xərclərini kim ödəyir?

- Türkiyə dövləti. Sağ olsunlar, özləri bütün xərcləri öz üzərlərinə götürdülər, ən yüksək səviyyədə xidmət göstərdilər. Üstəlik, xəstəxana ərazisindəki müxtəlif postlarda 20-30 jandarm növbə çəkdi. Hətta həkimlər də palataya jandarmlarla yaxınlaşırlar.

- Rəsmi şəxslərdən yanınıza kimlər gəldi?

- Türkiyədən Jandarma Qüvvələrinin komandiri, Azərbaycandan Daxili İşlər Nazirliyinin nümayəndəsi də yanıma gəldi. Hadisə ilə əlaqədar müəyyən suallar verdilər, vəziyyətimlə maraqlandılar. Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları gəlmişdilər, telefonla da danışdılar.

- Rusiya ilə əlaqəniz, şəxsi münaqişədə olduğunuz şəxslər varmı?

- Əsla. Anadan olduğumdan indiyədək Rusiyada üst-üstə 3 dəfə olmamışam.

- Hadisə ilə əlaqədar yekunu necə təsəvvür edirsiniz?

- İnanıram ki, cənab Prezidentin göstərişi ilə məsələ araşdırılacaq və günahkarlar layiqli cəzalarını alacaqlar. Eləcə də Azərbaycandakılar. Bir daha bəyan edirəm ki, olay Türkiyədə baş versə də, araşdırma Azərbaycanda başladılmalıdır.

P.S. Teleqraf Araz Musayevin ittihamları ilə bağlı AKF-in də mövqeyini öyrənib. Federasiya prezidentinin müşaviri Afət Quliyevanın müsahibəsi tezliklə yayımlanacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Bu gün, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Bu gün, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Bu gün, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Bu gün, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Bu gün, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Bu gün, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Bu gün, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Bu gün, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Bu gün, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Bu gün, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Bu gün, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Bu gün, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Bu gün, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Bu gün, 10:59
"5 il ağır depressiya yaşadım"
Bu gün, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Bu gün, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Bu gün, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Bu gün, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Bu gün, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Bu gün, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Bu gün, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Bu gün, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Bu gün, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Bu gün, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Bu gün, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Bu gün, 09:24
Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir - FAKT BUDUR!
Bu gün, 09:20
Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Bu gün, 09:07
Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... - AKTUAL
Bu gün, 09:00
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
Bu gün, 07:45
Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:40
Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... - Əgər Əmrullayev yarıtmazdırsa...
Bu gün, 07:37
Putinin arxasında barınan Xəlilovlar... - Xəyanətlə cəsarət arasında seçim...
Bu gün, 07:34
“Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30
Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26
İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı - TƏFƏRRÜAT
Bu gün, 07:21
Güney Qafqaz uğrunda SAVAŞ... - Rusiya və ABŞ arasında...
Bu gün, 07:13
Ağalar Vəliyevin şirkəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 07:10
Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' - İcazə verin şübhələnək...
Bu gün, 07:03
"Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 07:00
Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? - İNCƏLƏMƏ
Bu gün, 06:58
BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56
"Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru