Rusiya və Ukrayna arasında əsir mübadiləsi ilə bağlı hazırlıq işləri aparılır.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Vilnüsdə "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Onlar Türkiyə tərəfi vasitəsilə sənəd mübadiləsi aparıblar. Biz yeni əsir mübadiləsinə hazırlaşırıq", - o qeyd edib.