"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" .....                     Paşinyan erməni cəmiyyətinə deyir ki... .....                     Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ .....                     28 günlük paketi necə "aylıq" adlandırmaq olar? .....                     Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” .....                     Paşinyandan II Qaregini növbəti ifşa .....                     Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB .....                     Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar .....                     Məhkəmə binasında insident .....                     "Hədlərini aşırlar, yerlərini bilsinlər" .....                     Məlahət İbrahimqızı: “QHT biznesi lideri” .....                     Bakı sözünü dedi: .....                     BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib .....                     Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... .....                     Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir .....                     Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     "Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" .....                     Arxivdən Bakıya material ötürülüb? .....                     "Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" .....                     Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı .....                     Rusiya üzərindəki “Hörümçək toru” .....                     Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik .....                     "The British Council" Rusiyada arzuolunmaz elan edilib .....                     Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... .....                     BOKT sistemi İFLAS HƏDDİNDƏ... .....                     “AZSIĞORTA” ASC-də yeni təyinat olub .....                     Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi .....                     Gəncə niyə kriminal şəhər kimi TANINIR? .....                     Küləyin törətdiyinə niyə cavabdeh oluram? .....                     Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı .....                     Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! .....                     "Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır .....                     Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub .....                     Manatın məzənnəsi haqda kritik proqnoz .....                     “Şüvəlan” ASC-də yığıncaq keçiriləcək .....                     Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? .....                     Əmək müqaviləsi ləğv edilmiş işçilər... .....                     "Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                 

Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Tarix: 3-06-2025, 16:35 | Çap et

İyunun 2-də Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib.

“Cebheinfo.az”-ın məlumatına görə, iclasda həm Ermənistandan, həm də diaspordan olan yepiskoplar və yeparxiya rəhbərləri iştirak ediblər.

Yığıncaqda vətən qarşısında duran vəzifələr, kilsə-dövlət münasibətləri, o cümlədən cəmiyyəti narahat edən bir sıra əsas mövzuların müzakirə edildiyi bildirilir.Qeyd edilir ki, Baş nazir Nikol Paşinyanın son günlər başlatdığı biabırçı anti-kilsə kampaniyası xüsusi diqqət mərkəzində olub.

Daha doğrusu, Ali Ruhani Şurasının iclası son günlər Ermənistan hökuməti ilə Eçmiədzin kilsəsi münasaibətlərində müşahidə olunan gərginliyə və qarşılıqlı şəkildə səslənən ittihamlara həsr olunub.

Ali Ruhani Şurası müzakirələrin yekununda Nikol Paşinyanın əleyhinə sərt bəyanat qəbul edib.

“Ermənistanın Baş naziri dövlət xadimi üçün yolverilməz olan, təhqir və ittihamlarla dolu leksikondan istifadə edərək, öz şəxsiyyətini qanunlardan üstün tutaraq Erməni Apostol Müqəddəs Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb. Kobud və nalayiq ifadələrlə dolu, elementar ədəb qaydalarından məhrum nəşrlər fundamental insan hüquqlarını kobud şəkildə pozur, dindarların dini hisslərini təhqir edir və “psevdo” (yalançı düyün) - narahatlıq bəhanələri arxasında gizlənir.

Kilsəyə qarşı düşmən mövqe açıq şəkildə siyasi məqsədlərlə diqtə olunur, erməni kilsəsinin nüfuzunu azaltmaq cəhdini əks etdirir, beynəlxalq ictimaiyyətin hörmətindən layiqincə yararlanan erməni kilsəsinin və onun ruhanilərinin nüfuzunu azaltmaq, kilsənin səsini susdurmaq və ictimai həyatda təsirini zəiflətmək cəhdini əks etdirir. Hökumət başçısının kilsəyə qarşı nifrət dolu davranışı və onun başlatdığı, milli dəyərlərə və kilsəyə qarşı yönəlmiş proseslər dağıdıcı nəticələrlə zəngindir, erməni dövlətçiliyinə, xalqımızın vətəndə və diasporda birlik və bütövlüyünə təhlükə yaradır.

Kilsə ilə bağlı məsələlər kilsə qanunlarına və nizamnamələrinə uyğun olaraq həll edilir və dövlət və siyasi xadimlərin səlahiyyətlərinə aid deyil”, -deyə bəyanatda qeyd edilir.

Göründüyü kimi, son günlər qarşılıqlı ittihamlarla davam edən Eçmiədzin Kilsəsinin Paşinyan hökuməti ilə qarşıdurması pik həddə çatıb.

Əslində, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanan bu ixtilaf bir neçə dəfə açıq müstəviyə keçib. Bu münaqişə kilsə-hakimiyyət münasibətlərinin qarşılıqlı siyasi təsiri ilə bağlıdır.

Yəni, Apostol kilsəsi Ermənistanda 10 illərlə radikal və terrorçu qrupların siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Ona görə də Ermənistanda kilsənin siyasi proseslərə təsiri güclüdür. Paşinyan isə revanşist müxalifətə dəstək verən erməni kilsəsini nəzarətə götürməklə öz hakimiyyətinə qarşı əsas təhlükə mənbələrindən birini neytrallaşdırmağa çalışır. 2019-cu ildə Paşinyan hökumətinin II Qaregini korrupsiyada ittiham etməsi tərəflər arasında toqquşmaya səbəb oldu. Paşinyanın “inqilabçılar” adlanan tərəfdarları katalikosa hücum edib, onun avtomobilini aşırmış, özünü isə döymüşdülər.

Növbəti narazılıq isə 2022-ci ildə baş verdi. Paşinyan Eçmiədzin kilsəsini və II Qaregini vergidən yayınmaqda ittiham etdi. Kilsə rəhbərliyinin şam və şərab sataraq gəlirlərini dövlətdən gizlətdiyini deyən Paşinyan yoxlamalara başlatdı.

II Qareginə bağlı olan bəzi iş adamları həbs edildi. 2024-cü ildə kilsə və Paşinyan arasında üçüncü siyasi qarşıdurma baş verdi. Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyasına etiraz edən arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar təşkil etdi.

Çox keçmədən Baqratın keçirdiyi mitinqlərinin arxasında Eçmiədzin kilsəsinin sabiq prezident Robert Köçəryanla gizli ittifaqının dayandığı məlum oldu. İlk vaxtlar artan xətt üzrə gedən aksiyalar Köçəryanın adı aşkara çıxdıqdan sonra səngidi və nəticə vermədi.

Hazırda kilsə və Paşinyan arasında münaqişə növbəti mərhələyə keçib. Paşinyan erməni kilsəsinə katolikos seçkilərində dövlətin həlledici səsə malik olmasının vacibliyini bildirib. Bu, 2026-cı ildə Ermənistanda keçiriləcək parlamanet seçkiləri öncəsi hökumətin kilsəni tamamilə nəzarətə götürmək niyyətindən xəbər verir. Çünki hazırda Ermənistanın müxalifət düşərgəsində Paşinyan hökumətinə alternativ siyasi güc mərkəzi yoxdur. Müxalifətin sıralarında siyasi pərakəndəlik müşahidə olunur. Robert Köçəryan yenidən hakimiyyət uğrunda mübarizədə iddialı görünür.

Ancaq eks-prezident Serj Sarkisyanın ona dəstək verəcəyinə dair ehtimallar çox azdır. Köçəryan bugünlərdə Paşinyana qarşı impiçment prosedurunu həyata keçirmək üçün Vətən Partiyasının sədri Artur Vanetsyanın vahid namizd olmasını dəstəkləmədi.

Vanetsyan isə seçkilərə təkbaşına gedəcəyini deyib. Xalq Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmədiyinə görə sabiq prezident kilsənin yardımına ümid bəsləyir. Bu səbəbdən, seçkilərdə kilsə öz namizədi ilə Paşinyana problem yarada bilər. Baş nazirın reytinqi təxminən 11 faiz qiymətləndirilir. Kilsəyə isə vətəndaşların təxminən 70 faizi etibar edir. Hakimiyyət ən yüksək ictimai etimada, daxili siyasi proseslərə təsir imkanlarına malik olan qurumu zəiflətməyə cəhd göstərir.

Paşinyanın açıqlaması onun seçkilərə qədər katalikosun istefaya getməsinə nail olmaq və Eçmiədzinin kilsəsinin rəhbərliyinə öz adamını gətirmək istəyi kimi şərh oluna bilər. Lakin burada hökumətin kilsənin, kilsənin də siyasətə müdaxilə etdiyini görmək olar. Halbuki, Ermənistan Konstitusiyasının 17-ci maddəsinə görə, dini qurumlar dövlətdən ayrıdır. Bu baxımdan, kilsənin siyasi proseslərə müdaxiləsi yolverilməz sayılır. Eləcə də, hökumət kilsədəki seçkilərin nəticələrini müəyyən edə bilməz.

Paşinyanın bu yanaşması Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş seçki hüququnun pozulması deməkdir. Ancaq Konstitusiyanın 18-ci maddəsi Paşinyana dolayısı ilə kilsənin fəaliyyətinə nəzarət etmək imkanı yaradır.

Həmin qaydaya görə, Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər qanunla tənzimlənə bilər. Bu müddəa tərəflər arasında hüquqi öhdəlikləri müəyyən etməklə yanaşı, Paşinyana kilsənin qanunu pozduğunu əsas gətirərək siyasi təzyiq mexanizmlərini işə sala bilər.

“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Bu gün, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Bu gün, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Bu gün, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Bu gün, 12:32
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Bu gün, 12:28
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Bu gün, 12:08
Paşinyandan II Qaregini növbəti ifşa
Bu gün, 12:03
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Bu gün, 11:55
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Bu gün, 11:50
Məhkəmə binasında insident - Uşaqlarını görmək istəyən anaya bıçaq atılıb
Bu gün, 11:46
"Hədlərini aşırlar, yerlərini bilsinlər"
Bu gün, 11:37
Məlahət İbrahimqızı: “QHT biznesi lideri” - SENSASİON MƏLUMAT
Bu gün, 11:33
Bakı sözünü dedi: - indi növbə Avropa İttifaqında
Bu gün, 11:29
BDU-nun rektoru Böyük Britaniyada sessiyada çıxış edib
Bu gün, 11:07
Fuad Nəcəflinin mətbuat işləri də KƏLLƏMAYALLAQDIR... - İLGİNC
Bu gün, 11:05
Bakının sülhlə bağlı daha bir tələbi yerinə yetirilir - Abramyan
Bu gün, 10:59
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 10:54
"Bu hakim eyni kökənli 4 müxtəlif işlə bağlı mənim əleyhimə qanunsuz qərarlar verib" - BÜTÜN NAXÇIVANIN İZLƏDİYİ İŞ...
Bu gün, 10:51
Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
Bu gün, 10:46
"Erməni xalqı fanatik erməni kilsəsinin girovuna çevrilib" - FAKT BUDUR!
Bu gün, 10:43
Elçibəyin 24,5 min dollarlıq planı üzə çıxdı – Sabiqlər toqquşdu, gerçək isə…
Bu gün, 10:40
Rusiya üzərindəki “Hörümçək toru” – Moskva mövqeyindən geri çəkiləcək?
Bu gün, 10:35
Putinin yaxın zamanda Tehrana səfər edəcəyini gözləyirik - Səfir
Bu gün, 10:34
"The British Council" Rusiyada arzuolunmaz elan edilib
Bu gün, 10:01
Adil Əliyevdən REAKSİYA: İttihamları dandı... - "Hadisə ilə heç bir bağlılığım yoxdur..."
Bu gün, 09:59
BOKT sistemi İFLAS HƏDDİNDƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:53
“AZSIĞORTA” ASC-də yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:50
Qazi TƏBİB-in verdiyi yeməkdən şikayətləndi - VİDEO
Bu gün, 09:48
Gəncə niyə kriminal şəhər kimi TANINIR? - ARAŞDIRMA
Bu gün, 09:41
Küləyin törətdiyinə niyə cavabdeh oluram? - GİLEY
Bu gün, 09:38
Yasamal RİH-in şöbə müdirinə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Regionlarda kommunal xərclər üç dəfə azaldılsın! - Fazil Mustafa Zahid Orucu DƏSTƏKLƏDİ
Bu gün, 09:29
"Bakıxanov Trikotaj" ASC səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:19
Naxçıvanda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 09:18
Manatın məzənnəsi haqda kritik proqnoz – Fərq az olsa da…
Bu gün, 09:15
“Şüvəlan” ASC-də yığıncaq keçiriləcək
Bu gün, 09:12
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? – ŞOK FAKTLAR
Bu gün, 09:12
Əmək müqaviləsi ləğv edilmiş işçilər... - Ekspert danışır...
Bu gün, 09:08
"Şirvan Mehmanxana" ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 09:04
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:55
Onu erməni xalqı və ruspərəst müxalifət niyə müdafiə etmədi - səbəblər
Bu gün, 08:45
KAPİTAL BANK bax, belə problem yaradır - "Bu cür dələduzluqla..."
Bu gün, 08:41
Trampın İran siyasəti iflasa uğrayır? - GƏLİŞMƏ
Bu gün, 08:35
Vəzifədə olarkən ölən məmurlar: Virus, dəm qazı, qəza... - SİYAHI
Bu gün, 08:31
Bakının o qərarından sonra... - Rusiyanın casus yuvalarının sonu
Bu gün, 08:28
Marketdəki bu məhsullar təhlükə saçır – Üzərindəki yazıya baxın
Bu gün, 07:47
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir - “The Wall Street Journal”
Bu gün, 07:44
Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Bu gün, 07:03
Quru sərhədləri ilə bağlı mühüm açıqlama – Yay başladığı üçün…
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru