"FERMA ART" kafesinin dövlətə olan vergi borcu məlum olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, "FERMA ART" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu 13.324,38 manat təşkil edir.
Nizamnamə kapitalı cəmi 100 manat olan şirkətin qanuni təmsilçisi İftixar Məhərrəmov Arif oğludur.
Qeyd edək ki, borcla bağlı rəsmi qurumlar tərəfindən hər hansı hüquqi tədbirin görülüb-görülmədiyi barədə məlumat verilməyib.