Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                     Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb .....                     Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: .....                     Dövlət Xidməti avtomobillər aldı .....                     Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı .....                     Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır .....                     Atanın qətlini gizlətmək üçün bu planı qurublar .....                 

Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Tarix: 4-06-2025, 08:28 | Çap et

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü ilin aprel ayında Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Balaxanı qəsəbəsi, “Fazenda” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Yataq otağında, döşəmədə, üzü üstə uzanıqlı vəziyyətdə 2006-cı il təvəllüdlü Rəşid İmanovun meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rəhim Əsədov 2024-cü ilin aprel ayından “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşid İmanovla əlaqə saxlayaraq, iyunun 14-ü saat 11 radələrində, Rəşidin Balaxanı qəsəbəsində yaşadığı evə gedib. Rəhim orada Rəşid İmanovun onunla oral sekslə məşğul olmaq təklifini qəbul etməyərək, əmlakını ələ keçirməyi qərarlaşdırıb. Pul vəsaitini və “iPphone” markalı mobil telefonunu ələ keçirmək məqsədi ilə hücum edərək, Rəşidin boğazından tutub və üzü üstə döşəməyə yıxıb. Dərhal sonra mətbəxə keçərək, ordan məişət təyinatlı bıçağı götürüb otağa qayıdaraq, Rəşid İmanovun boğazına və boynuna xəsarətlər yetirib. Nəticədə zərərçəkən ölüb.

İş üzrə dindirilmiş Rəhim Əsədov bildirib ki, 2006-cıdə Yevlax şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb. Şuşa rayonun Xəlifəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə Bakı şəhərində, Ramana qəsəbəsinin Südçülük sovxozunda yaşayıb:

“Hadisədən təxminən 2 ay əvvəl sosial şəbəkədə “Ağa” adlı profili işlədən Rəşid İmanovla tanış olmuşam. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığım ünvanda görüşmüşük. Mayın 10-da “Whatapp” tətbiqində yazışarkən Rəşid məni yaşadığı evə dəvət etdi. Görüşüb, ondan borca 50 manat pul aldım. İyunun 13-ü saat 22 radələrində “Whatapp”da danışarkən Rəşid növbəti gün məni yenidən evə çağırdı. Ayın 14-ü saat 11 radələrində ondan 100 manat almaq məqsədi ilə yaşadığı ünvana getdim. Rəşid məni qarşılayaraq, çay içməyi təklif etdi, mən isə cavabımda vaxtım olmadığını və pul üçün gəldiyimi dedim. Rəşid ünvanıma nalayiq ifadələr işlədəndə, əsəbiləşərək boğazından tutub onu döşəməyə yıxdım. Söyüş söyməkdə davam edən tanışımı öldürməkdən ötrü mətbəxdən bıçağı götürdüm. Döşəmədə uzanan Rəşidin saçından tutub başını bir az yuxarı qaldırdım.

Bıçaqla boğazına zərbələr endirdim. Rəşidin öldüyünü görüb masa üzərində olan mobil telefonu götürüb evi dərhal tərk etdim. Hadisənin şahidi olmasa da, həmin gecə polis əməkdaşları yaşadığım ünvana gəlib məni 12-ci şöbəyə apardılar”.

Rəhim Əsədov əlavə edib ki, hadisə zamanı özü xəsarət almayıb. Qaydasız döyüşlə məşğul olduğu üçün qısa zamanda Rəşidin müqavimətini qırıb. Rəşid onu bir dəfə yumruqla vurmaq istəsə də, zərbədən yayınıb. Hadisə zamanı spirtli içki və ya narkotik vasitə təsiri altında olmayıb.

Məhkəmə iclasında Rəhim Əsədov bildirib ki, Rəşid İmanovdan borca aldığı pulu qaytarmayıb: “Hadisə günü ondan ikinci dəfə yenə borc almaq üçün evinə getdim. Rəşid ünvanıma söyüş söyməsəydi bu hadisə baş verməzdi. Hadisəni törətdikdən sonra mərhumun telefonunu izi itirmək niyyəti ilə götürdüm, sonra könüllü onu polis əməkdaşlarına təqdim etdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov ifadəsində göstərib ki, o, Salyan rayonunun Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Böyük oğlu Rəşid müxtəlif restoranlarda aşpaz kimi çalışıb:

“Özüm Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmuşam. İyunun 15-də 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi məni yanına çağıraraq, dedi ki, oğlum öldürülüb və buna görə mən təkadamlıq kamerada saxlanılmalıyam. Bu hadisə cəzamın bitməsinə 9 gün qalmış baş verdi. Bu xəbəri eşidəndə əvvəl oğlumun düşmənlərim, yəni qətlə yetirdiyim şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşündüm. Amma azadlığa çıxandan sonra mənə məlumat verdilər ki, oğlumu Rəhim adlı həmyaşıdı vurub. Rəşid sağlığında sakit təbiətli, davaya meyili olmayan uşaq idi. Ailə üzvlərim bir ildir ki, Balaxanı qəsəbəsində, kirayədə yaşayırdılar”.

Rüstəm İmanov bildirib ki, azadlığa çıxandan 2 gün sonra Rəhimin Nizami adlı qohumu 1000 manat pul gətirərək “həbsxanadan təzə çıxmısan, lazım olar” deyib. Ümumilikdə təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2200 manat pul verilib. O, Rəhim Əsədovdan şikayəti olmadığını qeyd edib.

Şahid Fərid Əliyev ifadəsində göstərib ki, Rəşid onun dostu İsmayıl İmanovun əmisi oğlu olub:

“İyunun 14-də qəsəbədə yerləşən marketin qarşısında İsmayılla görüşdüm. Rəşidə zəng vursaq da, cavab vermədi. Bir müddətdən sonra Rəşidin anası İsmayıla zəng edərək, oğlundan narahat olduğunu bildirərək, evlərinə gedib ona baxmağımızı istədi.

Birlikdə darvazadan həyətə keçib, qapısını döysək də, açan olmadı. Daha sonra pəncərədən evə girməkdən ötrü, İsmayıl qonşudan kəlbətin götürərək, mismarları çıxardı. Yataq otağına daxil olanda Rəşidi yerdə üzü üstə uzanıqlı vəziyyətdə gördük. Halım pisləşdiyi üçün dərhal otaqdan çıxdım. İsmayıl mənim telefonumdan polisə və təcili tibbi yardıma zəng vuraraq, bu barədə məlumat verdi”.

Mərhumun anası, şahid Günel İmanova bildirib ki, yoldaşının təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir. Şəxsən o, Rəhim Əsədova ən ağır cəza verilməsini xahiş edib.

Şahid Adilə Əsədova bildirib ki, həyat yoldaşı 2011-ci ildə ürək tutmasından vəfat edib:

“Oğlum Rəhim Ağdaş şəhərində Humanitar kollecdə təhsil alıb. Hərbi xidmətə yollanmağa hazırlaşırdı. İyunun 14-də səhər Rəhim yemək yeyib evdən çıxıb və
günortadan sonra geri qayıdıb. Həmin gecə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yalnız onda oğlumun Rəşid adlı oğlanı yaşadığı evdə bıçaqla öldürdüyünü öyrəndim”.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 19 il cəza təyin edilməsini istəyib.

Məhkəmədə son söz söyləyən Rəhim Əsədov özünü verilmiş ittihamla bir daha təqsirli bilməyib. O özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli hesab etdiyini deyib. Hadisə yerindən uzaqlaşarkən mərhuma məxsus telefonu quldurluq niyyəti ilə deyil, cinayətin izini gizlətmək üçün götürdüyünü vurğulayıb.

Məhkəmə Rəhim Əsədovun əməllərinin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə tövsif olunmasını və ona müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Əsədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
Azərbaycanda Qurban bayramı qeyd edilir
Bu gün, 00:15
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Dünən, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Dünən, 12:32
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Dünən, 12:28
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Dünən, 12:08
Paşinyandan II Qaregini növbəti ifşa
Dünən, 12:03
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Dünən, 11:55
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar
Dünən, 11:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru