Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi tərəfindən təmizlik xidmətlərinin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi məlum olub.
32gun.az-ın məlumatına görə, "AZCARGO Logistics and Management Services" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. Şirkətin təklif etdiyi qiymət 106.200 manat təşkil edib.
Məlumat üçün bildirək ki, qalib şirkətin qanuni təmsilçisi İsmixan Mustafayev Məmməd oğludur, nizamnamə kapitalı isə cəmi 20 manatdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadədir.