Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                 

“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Tarix: 6-06-2025, 12:24 | Çap et

İyunun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Qarabağa növbəti, sayca yeddinci birgə səfəri baş tutub. Məhz Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan bu növbəti birgə səfər, siyasi dialoqun təşviqi, milli həmrəyliyin möhkəmləndirilməsi və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin yerində izlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının təşəbbüsü ilə reallaşan layihə təkcə siyasi partiyalararası dialoqu dərinləşdirmir. Eyni zamanda müxtəlif ictimai-siyasi institutların Qarabağda aparılan yenidənqurma proseslərinə birbaşa şahidlik etməsini təmin edir. İşğaldan azad edilmiş torpaqlara səfər edən partiya rəhbərləri də yüksək təəssüratla geri dönüblər. Budəfəki səfər turunda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də olub. Partiya rəhbəri qəzetimizə müsahibəsində Cəbrayıl və Zəngilanda həyata keçirilən quruculuq-bərpa prosesinin, görülən işlərin kifayət qədər yüksək səviyyədə olduğunu bildirib..
 
- Hafiz müəllim, budəfəki səfər təəssüratlarınız necə oldu? Cəbrayıl və Zəngilanda nələr gördünüz?
- Budəfəki səfərimizdə tamam başqa mənzərənin şahidi olduq. Millətin öz yurduna, dədə-baba torpaqlarına böyük istək və hörmətlə qayıtması, məskunlaşması bizi çox sevindirdi. Cəbrayılda yeni salınmış yaşayış məntəqəsində olduq, tikiş fabrikində qadınların çalışdığını görmək çox xoş oldu. Yeni infrastrukturlar yaradılıb, yeni elektrik stansiyaları tikilib. Çox böyük işlər görülüb. Cəbrayıl və Zəngilan o qədər gözəlləşib ki, sabah hamı getmək istəsə, onları yerləşdirməyə torpaq tapılmayacaq. Yeni iş yerləri açılır, yollar salınır, abadlıq işləri sürətlə gedir. Bu gün öz yurdlarına geri dönən qardaş-bacılarımız artıq təsərrüfatla məşğul olurlar, qapı-bacalarında özləri üçün toyuq-cücə saxlayırlar. İstixanalar fəaliyyət göstərir. Gördüklərimiz bizi ruhlandırdı. Cənab Prezident sağ olsun ki, bu işlərin görülməsinə birbaşa rəhbərlik edir, təlimatlarını verir. Təsəvvür etməzdim ki, müharibədən sonra qısa müddətdə bu qədər nəhəng işlər görülə bilər. Biz də öz təkliflərimizi verdik, istəyirik ki, orada görülən işlərə müəyyən köməkliyimiz dəysin, yardımçı olaq. Amma onsuz da görüləsi elə çox iş qalmayıb. Çox böyük masştablı işlər görülüb və görülməkdə davam edir. Zəngilan və Cəbrayıl belə sürətli quruculuq işləri ilə çox qısa müddətdə ən qabaqcıl rayonlar, şəhərlər sırasında olacaq.
 
- Hansı təklifləri verdiniz? İşğaldan azad edilmiş torpaqlarımızda daha hansı işlər görülsə yaxşı olar?
- Məsələn, Zəngilan rayonunda su hövzələri, vətəgələr var. Cəbrayıl rayonunda böyük bir göl var. Həmin göldə 500-600 ton farel balığı yetişdirmək olar. Prezidentin səlahiyyətli nümayəndəsi hörmətli Vahid Hacıyevə, Prezident Administrasiyasının şöbə müdiri hörmətli Ədalət Vəliyevə dedim ki, bu işdə bir mütəxəssis kimi onlara kömək edə bilərəm. Partiya sədrlərinin, deputatların da əksəriyyəti təklifimi bəyəndilər, razılaşdılar. Millət vəkili, BAP sədri Elşad Musayev efirdə çıxışı zamanı təklifimin təqdirəlayiq olduğunu dedi. İldə 5-10 milyon, 20 milyon manat balıqçılıq sənayesindən gəlir götürmək mümkündür. Göllərdə, vətəgələrdə nərə (asatrin), ağ balıq (beluqa) yetişdirilə bilər. Qara kürü istehsal edə, balıq satışını gücləndirə bilərik. Hər rayondan 50-60 milyon manat pul götürmək mümkündür. Hətta dedim ki, öz xərcim hesabına bu işləri görə bilərəm. Orada balıq konservi zavodu da yaratmaq olar. Bu sahədə böyük təcrübəm var, sovet vaxtı, müstəqillik dövründə mühüm vəzifələrdə çalışmışam, nazir olmuşam. Sevindirici məqam odur ki, rayon rəhbərliyinin özləri də təsərrüfat işləri ilə məşğul olurlar. Yeni salınmış qəsəbələrdə, kəndlərdə xalqın arasında yaşayırlar. Camaat da görür ki, rayonun səlahiyyətli nümayəndələri kənddə yaşayır, toyuq-cücə saxlayırlar, ağac əkirlər, torpaqlarında meyvə-tərəvəz, pomidor-xiyar yetişdirirlər. İnsanlar da onlara baxıb torpaqdan ikiəlli yapışmağa məcbur olurlar. Bu rayonların böyük gələcəyi var. Bir müxalif partiyanın sədri kimi üzümü cənab Prezidentə tutaraq öz təşəkkürümü bildirirəm.
 
- Köç prosesində, ev, torpaq və məşğulluq məsələsində bəzən sosial şəbəkələrdə kimlərinsə şikayətinə, narazılığına rast gəlinir. Hansısa problemlə rastlaşdınızmı? Haqlıdırlarmı sizcə?
- Məncə, şikayət edənlər haqsızdır, çünki narazılıqlara əsas yoxdur. Ora köçən hər bir vətəndaşa 12 sot torpaq verilib. 12 sot bilirsiz nə deməkdir? Çox böyük işlər görmək mümkündür. Həmin vətəndaş öz qapısında toyuq-cücə saxlaya, yaxud maldarlıq, heyvandarlıqla, əkin-biçinlə məşğul ola bilər. Hər cür şərait yaradılıb. Kim narazılıq edirsə, deməli, provokatordur. Bütün cəbrayıllılara, zəngilanlılara çağırış edirəm ki, getsinlər, öz torpaqlarında yaşasınlar. Digər yerlərdə əlavə pay torpaqları da ayıracaqlar. Getsinlər, əksinlər, biçsinlər. Zəngilanda neçə min hektar torpaq sahəsi əkilib, müasir suvarma sistemi ilə suvarırlar. Yaxın günlərdə taxılın biçimi gözlənilir. 7 minə yaxın yeni növ cins mal-qara saxlanılır. Ətçilik, heyvandarlıq kompleksləri salınıb. Müharibədən qısa müddət sonra Azərbaycanın öz gücü hesabına gördüyü bu qədər böyük işləri görməzdən gəlmək, qaralamaq olmaz. Düzdür, iş olan yerdə hansısa nöqsanlar olur, bu da təbiidir. Amma kiçik nöqsanı böyütmək, şişirtmək doğru deyil. Hamıya torpaq verilib. Sahibkarlara iş üçün böyük imkanlar yaradılıb, vergidən, gömrük rüsumlarından güzəştlər tətbiq edilib.
 
- Müəyyən təkliflər var ki, işğaldan azad olunmuş rayonların bəzi yerlərində erməni vəhşiliyinin izi saxlanılsın. Belə təkliflərə münasibətiniz necədir?
- Əgər münasib yerlər varsa, balaca bir ərazini saxlamaq olar. Təbii ki, kiminsə görməsi üçün böyük əraziləri olduğu kimi saxlaya bilmərik. Amma bir neçə dağıdılmış, viran qoyulmuş evi saxlamaq mümkündür. Gələn xarici qonaqlar, turistlər faşist ermənilərin barbar hərəkətlərinin izlərini öz gözləri ilə görsünlər. Gələcəkdə həmin bölgəyə çoxlu turistlər səyahət edəcək. Problemli məsələ deyil. Bu sahədə də müəyyən işlər görülür, deyilənə görə, dövlət proqramına salınıb.
 
- Müxaliflər arasında bu cür səfərləri tənqid edənlər də var. Gedənləri ittiham edirlər, belə səfərlərə ehtiyac olmadığını iddia edirlər...
- Səhv edirlər. Qəmbərov İsa öz dədəsinin məzarı üstünə getmirsə, agent şəbəkəsinin başçısı Kərimov Əli bu məsələləri qəbul etmirsə, biz neyləyə bilərik? Onların yasını saxlayası deyilik ki? Bizdə olan məlumata görə, Qəmbərov İsanın, Kərimov Əlinin trol dəstəsi müəyyən yerlərdə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərə qarşı qarayaxma kampaniyası aparırlar. Onların işi-gücü budur. Çalışırlar ki, ölkədə qarışıqlıq, narazılıq yaratsınlar. Bu da mümkün olan şey deyil. Boş şeylərdir. İşğaldan azad edilən bütün rayonların hamısında olmuşuq. Orada görülən işləri öz gözümüzlə görmüşük, yaxından müşahidə etmişik. Hamını dəvət edirəm. Xüsusən Bakıda pis vəziyyətdə yaşayanlar, yataqxanalarda üfunət içində yaşayan məcburi köçkünlərimiz təcili öz doğma yurdlarına qayıtmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Bu gün, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Bu gün, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru