Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                     "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" .....                     ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir .....                 

Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:00 | Çap et

Sentyabrın 4-də baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın hakim partiyası Türkiyə ilə münasibətlərə birbaşa dəxli olan təqdiredici addım atıb. Hakim fraksiya qondarma “erməni soyqırımı”nı inkar etdiyinə görə cinayət məsuliyyətinin artırılması təşəbbüsünü rədd edib. Bununla da əslində tarixin hansı tərəfində olduğu barədə Ankaraya mesaj verib.

Qeyd edək ki, Fransa belə bir qanunu çoxdan qəbul edib.

Uydurma soyqırım iddiası isə Türkiyə ilə münasibətləri normallaşdırmağa əsas maneələrdən biri sayılır. Bunu Paşinyan da bilir. Odur ki, o və komandası bacardığı qədər bu məsələnin ictimai həssaslığını azaltmağa çalışır. Bu məsələ kilsə və radikallar tərəfindən geniş manipulyasiya edilir.

Paşinyan hökuməti, konkret olaraq XİN başçısı Ararat Mirzoyan qondarma “erməni soyqırımı”nın tanınması məsələsinin artıq xarici siyasətdə prioritet olmadığını bəyan edib. Ona kimi isə Paşinyan Osmanlı imperiyasında guya 1.5 milyon erməninin qətl edilməsini şübhə altına alan açıqlama vermişdi...

Bəs Paşinyan öz xalqını saxta tarixin ağır “mirası”ndan qurtara biləcəkmi?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında çox yaxşı sual yaradan durumun ortaya çıxdığını bildirdi: “Paşinyan hakimiyyətə gəldiyi ilk gündən erməni tarixində bu toplumun normal bir dövlətinin olması uğrunda açıq və reallıqlara söykənən bir mübarizəyə baş vurub. Bu yolda o, daxildən və xaricdən böyük basqılara məruz qalsa da, demək olar ki, öz hədəflərinə çatmaq uğrunda yorulmadan mübarizə aparır. İndi Ermənistanda, elə bizim özümüzdə də çoxları Paşinyana sual verir - necə olur ki, sən hakimiyyətə yeni gələndə ”Qarabağ Ermənistandır" deyirdin, ancaq sonradan bunun tam əksini dedin? Bir dəfə o, səhv etmirəmsə, Türkiyəyə səfəri zamanı jurnalistlərin bu şəkildəki sualına “öncə belə lazım idi” cavabını vermişdi. Onun bu sözlərinin arxasında nələr gizlənir?

Paşinyan hakimiyyətinin ilk illərində erməni toplumunun çoxluğu hələ Qarabağ reallıqlarını dərk etməkdən uzaq idi. Paşinyan çox yaxşı bilirdi ki, qarşıda Azərbaycanla böyük müharibə gözlənilir və o, həm də çox yaxşı anlayırdı ki, Ermənistan bu müharibədə biabırçı bir məğlubiyyətlə üz-üzə qalacaq. Bunu bilə-bilə belə bir müharibənin başlamasına imkan vermək nə demək idi? Bax, burada ən böyük gerçəklər ortaya çıxır. Bu müharibə baş verməli və onun nəticəsində Ermənistan ağır məğlubiyyətə düçar olmalı idi ki, Paşinyan erməni toplumunun böyük bir kəsiminə başa salsın ki, bu torpaqlar bizim deyil. Bu torpaqlar Azərbaycanındır və dünya birliyi bu məsələdə Azərbaycanın tərəfindədir, Fransa kimi bir dövlətin bizi dəstəkləməsi ilə bu torpaqları mənimsəmək mümkün deyil! Gerçəkdən də Paşinyanın bu taktikası işlədi. Müharibə zamanı o, hakimiyyətin başında olsa da, müharibəni uduzmağın əsas günahkarlarının köçəryanlar və sərkisyanlar olduğuna xalqını inandıra bildi. Elə bunun nəticəsi idi ki, Paşinyan ağır məğlubiyyətli müharibədən dərhal sonra keçirdiyi seçkilərdə böyük səs çoxluğu ilə qalib gəldi".

Sabiq nazir onu da qeyd etdi ki, Paşinyan Ermənistanda normal bir dövlət qurmaq uğrunda mücadilə edir və o bu yolda ermənilərin Qarabağ iddialarından da, qondarma “erməni soyqırımı”ndan da vaz keçməyin vacibliyini vaxtında dərk edib: “Son zamanlarda Paşinyanın Azərbaycan Prezidenti ilə əlaqələr yaratmaq uğrundakı çabaları, onun Türkiyəyə səfəri kimi addımları sıradan bir gedişlər deyil. Bu adımların nəticəsidir ki, bu ilin avqust ayının 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandı.

Paşinyan “Qarabağ Azərbaycandır” dediyi kimi, “Erməni soyqırımı qondarmadır” da dedi. Bununla da “erməni soyqrımı”nı illər uzunu Türkiyə təzyiq kimi istifadə edənlərin üzünə tutarlı şapalaq vurdu.

İndi əsas məsələ Cənubi Qafqazı yüz illər boyu münaqişə ocağına çevirməklə burada ağalıq etmək istəyən ayını buradan qovub çıxartmaq və bu regionda sülhü, əmin-amanlığı bərpa etməkdir".

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Yeni Müsavat”a bildirdi ki, Paşinyan kilsə və lobbinin Ermənistanın idarəçiliyindən uzaqlaşdırılmasına çalışır: “Bu isə yalnız Ermənistan dövlətinin milli idelogiyasının dəyişməsindən sonra mümkün ola bilər. Ermənistanın idelogiyasını formalaşdıran və həyata keçirilməsinə çalışan qüvvələr kilsə və lobbidir. Əgər, Ermənistanın milli ideologiyası dəyişəcəksə, o zaman kilsə və lobbinin cəmiyyətə və dövlətə təsir imkanları minimuma enəcək”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, bu, baş verməyəcəyi halda isə, yəni qonşularına ərazi iddialarını özündə əks etdirən və Ermənistanı fəlakətə sürükləyən “Böyük Ermənistan” ideologiyası, eyni zamanda saxta erməni soyqırımı iddiaları əsas təşkil edəcəksə, Paşinyan hakimiyyətinin və onun formalaşdırmağa çalışdığı “real Ermənistan” konsepsiyasının həyata keçirilməsi mümkünsüz olacaq: “Beləliklə də Ermənistan dövlətinin mövcudluğu sual altında qalmaqda davam edəcək və müxtəlif dövlətlərin əlində alət funksiyası rolunu oynayacq. Paşinyan da anlayır ki, bu xəstə ideologiya Ermənistana nəinki uğur gətirmədi, əksinə onu fəlakətə sürükləməklə yanaşı, inkişafına və bir dövlət kimi formalaşmasına mane oldu. Buna görə də, öncə kilsə və lobbinin Ermənistan idarəçiliyindən uzaqlaşdırılması şərtdir. Bunun üçün də ilk növbədə hüquqi addımlar atılmalıdır. Yəni Emənistan konstitusiyasında kilsə və lobbiyə verilən müstəsna hüquqlar aradan qaldırlmalıdır. Buna görə də, konstitusiyanın dəyişməsi vacibdir. Bununla Ermənistan utopik və həyata keçirilməsi mümkün olmayan xəstə ideologiyadan qurtulmaqla, qonşularla normal münasibət qura və beləliklə də dünyaya açıla, inkişaf edə bilər”.

Siyasi şərhçi hesab edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaqla Avropaya açılmağı hədəfləyən İrəvan anlayır ki, Azərbaycanla münasibəti normallaşdırmadan və qondarma erməni soyqırımı iddialarından əl çəkmədən bu mümkün deyil: “Yəni, Türkiyə ilə mnasibətlərin normallaşdırılmaması Ermənistanın Rusiyadan iqtisadi asılılığının davam etməsi deməkdir. Bu baxımdan düşünürəm ki, Paşinyan saxta ideologiya və soyqırımı iddialarından qurtulmaqda maraqlı olacaq və prinsipiallıq nümayiş etdirəcək. Təbii ki, kilsə, lobbi, revanşistlər və onlara dəstək verən üçüncü qüvvələr buna qarşı fəaliyyət göstərməyə və qarışıqlıq yaratmaqla Paşinyanı devirməyə cəhd edəcəklər. Amma düşünürəm ki, Paşinyan cəsarətli olarsa və hakimiyyətdə qalmağı bacararsa, Ermənistanın normallaşmasına nail ola bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Bu gün, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Bu gün, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Bu gün, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Bu gün, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Bu gün, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Bu gün, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Bu gün, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Bu gün, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Bu gün, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru