Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                     "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" .....                     ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir .....                     Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb .....                     Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                     Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı .....                     “Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” .....                     “Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” .....                     Ersin Tatarın Azərbaycana səfəri .....                     Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! .....                     Rusiyanın Azərbaycandan üzr istəməməsinin .....                 

Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:05 | Çap et

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının məlumatına görə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədən sonra Rusiyada Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.

Belə ki, dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı sözləri kontekstdən çıxarılaraq təhrif olunub. Kampaniya KİV, sosial şəbəkələr və radikal yönümlü bloqerlər vasitəsilə, həmçinin botlardan və hədəfli reklamlardan istifadə edilməklə aparılır.

“Bu cür iyrənc kampaniya Azərbaycan ictimai rəyinə heç bir təsir göstərmir. Bu cür addımlar yalnız saxta faktlara əsaslanaraq Rusiya cəmiyyətində düşmənçiliyi alovlandırmağa və qonşu dövlətlərlə əsassız ədavət yaratmağa yönəlib. Rusiyanı narahat edən “rusofobiya” sindromunun köklərini isə “Z” bloqerlərin fəaliyyətində axtarmaq lazımdır”, – bəyanatda qeyd olunub.

Komissiya dövlət strukturları ilə birgə preventiv tədbirlərin davam etdiriləcəyini də bildirib.

Bununla yanaşı, bir çox xarici politoloqlar qonşu ölkədən gələn bu cür ritorikanın Azərbaycan üçün təhlükəli olduğunu vurğulayırlar. Tez-tez qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü dayansa və ya hətta dayanmasa belə, Moskva Azərbaycanı “cəzalandırmaq vaxtının çatdığını” düşümərək, qoşunlarını sərhədə yönəldə bilər. Çünki Mərkəzi Asiyadan Avropaya bütün enerji və nəqliyyat marşrutlarının yeganə əsas qovşağı məhz Azərbaycandır. Bəs, bu təhlükə nə dərəcədə realdır? Azərbaycan mümkün təcavüzün qarşısını almaq üçün təcili tədbirlər görməlidirmi?

Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər münasibət bildiriblər.

Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqdanın sözlərinə görə, Rusiyanın Azərbaycana hücum edəcəyi ilə bağlı heç bir konkret siqnal yoxdur.

Lakin başa düşmək lazımdır ki, cənab Əliyev Azərbaycanın sovet işğalı ilə bağlı bəyanat verdikdən sonra Kreml təbliğatçılarının Azərbaycana daha çox diqqət ayıracağı ehtimalı artıb və bunu nəzərə almaq vacibdir. Yəni bunu başa düşmək lazımdır. Ayrıca olaraq bir şeyi məsləhət görmək olar: özündə Rusiya ilə qarşıdurmaya getməyə güc hiss edən istənilən dövlət iki şeyi etməlidir – bir tərəfdən öz daxilində möhkəmlənmli, digər tərəfdən isə müttəfiqlər axtarmalıdır.

Mən başa düşürəm ki, Azərbaycanın Türkiyə kimi etibarlı müttəfiqi var. Bu baxımdan həmişə kömək əli uzadan olacaq. Amma bu, yalnız bir tərəfdir, digər tərəfdən düşünürəm ki, başqa müttəfiqlərin də olması vacibdir. Ukraynada deyirlər ki, “birlikdə ataya qarşı da durmaq asandır”. Bu, Rusiyanın bizim hamımıza “atalıq” iddiasına aiddir”, – Maqda izah edib.

Rusiyalı siyasi ekspert, hazırda Tbilisidə yaşayan Yeqor Kuroptev isə bildirib ki, Rusiyada həqiqətən də Azərbaycana və Türkiyəyə qarşı geniş miqyaslı dezinformasiya və qaralama kampaniyası aparılır.

Kampaniya son dərəcə aqressivdir və Kremlin göstərişi ilə sosial şəbəkələr, messencerlər və digər platformalar vasitəsilə yayılır. Bundan başqa, adi xəbərlərdə uydurma cinayətlər barədfə xəbərlər verilir və “cinayətkarların” milli mənsubiyyəti xüsusi olaraq qabardılır. Azərbaycanın bölgədə tam müstəqil oyunçu kimi möhkəmlənməsi, eləcə də Türkiyə faktorunun təkcə Cənubi Qafqazda deyil, bir çox yerlərdə Kremlin təsirindən qat-qat güclü olmasının Moskvanın narazılığına səbəb olması və hətta son dərəcə qəzəbləndirməsini açıq şəkildə görürəm.

Amma bu təhdidi daha çox Moskvanın isterikasının və acizliyinin nəticəsi kimi təsvir edərdim. Ukraynadakı müharibə səbəbindən Rusiyanın daxili və xarici vəziyyəti daim pisləşir. Bəli, yaralı, quduz heyvan dişləyə bilər, amma onu “yemək” üçün dişləri yoxdur”, – analitik hesab edir.

O, deyir ki, artıq Azərbaycan özü kifayət qədər güclüdür, üstəlik Türkiyənin dəstəyi ölkəni Kreml üçün demək olar əlçatmaz edir. “Əlbəttə ki, hibrid təhdidlər, təbliğat, Moskvanın diaspora hücumları davam edəcək. Daxili aktorlar və ya qonşular vasitəsilə təsir göstərməyə də cəhdlər ola bilər. Burada ilk növbədə Kremlin tamamilə ram etdiyi Gürcüstan hökumətini qeyd edərdim. Əslində, İvanişvilinin apardığı siyasət nəticəsində məhz Gürcüstan regionun ən zəif halqasına çevrilib. Gürcüstan hökumətinin yerinə olsaydım, ölkənin Kreml tərəfindən işğal edilməsinin mümkünlüyü üzərində ciddi şəkildə düşünərdim. Böyük ehtimalla, resurs tələb etməyən, hərbi əməliyyat nəzərdə tutmayan sürətli anneksiya ssenarisi artıq masa üzərindədir. Çünki bu, Moskvanın regional güclər arasında öz rolunu möhkəmləndirməsinin, güc nümayiş etdirməsinin və aqressiv planlarını qəbul etdirməsinin ən asan yolu ola bilər.

Bakı isə şübhəsiz, Kremlin dezinformasiyasına qarşı mübarizəni qat-qat gücləndirməli, eyni zamanda hərbi baxımdan da güclü mövqeyini qorumağa davam etməlidir. Çünki Kreml yalnız gücü anlayır”, – Kuroptev vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Dünən, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Dünən, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Dünən, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Dünən, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Dünən, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Dünən, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Dünən, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Dünən, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Dünən, 16:09
Brüssel Azərbaycana yanaşmasında korrektələr etməkdə maraqlı görsənir... - deputat
Dünən, 15:59
Xankəndidə 95 nəfərin çalışdığı 10 müəssisədə 1 286 kompüter var - DETALLAR
Dünən, 15:52
Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:46
Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə... - TƏFƏRRÜAT
Dünən, 15:45
58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib - “Gedib özüm dedim ki, həbs olunmaq istəyirəm”
Dünən, 15:41
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı - Nişan efirdə olacaq
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru