Beyləqan rayon Xələc kənd sakini Həsənov Rafayıl Əzizağa oğlu AzFakt.com saytı vasitəsilə Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edərək bir qrup şəxs tərəfindən təzyiq, təhdid və ölümlə hədələndiyini bildirir.
Rafayıl Həsənov qeyd edir ki, o xeyli müddətdir ki, yük avtomobili sürücüsü kimi fəaliyyət göstərir və Azərbaycandan Rusiyaya, Gürcüstana, Türkiyəyə və digər ölkələrə müxtəlif növ yüklərin daşınması ilə məşğuldur.
Şikayətçi bildirir ki, Abdullayev Elnur, Quliyev Nail, Füzuli rayon sakini Üzeyir Sədrəddin oğlu və bir neçə digər şəxslər onu təhdid edərək hansısa olmayan mallarını tələb edirlər.
Rafail Həsənov yazır ki, Elnur Abdullayev, Nail Quliyev, Füzuli rayon sakini Üzeyir Sədrəddin oğlu iddia edirlər ki, guya onların Rusiya Federasiyasında olan mallarını gizli şəkildə Azərbaycana keçirtmişəm.
Rafail Həsənov bildirir ki, Elnur Abdullayev, Nail Quliyev, Füzuli rayon sakini Üzeyir Sədrəddin oğlunun bu iddialar tammailə yalan və böhtandır. Mən öz yük avtomobilimlə Azərbaycan Gömrük Xitmətindən yoxlanılaraq keçmişəm və Dövlət Gömrük Xidməti tərəfindən mənə məxsus yük avtomobilimin boş olması ilə bağlı rəsmi sənəd verilib.
Rafail Həsənov Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciətində qeyd edir ki, adı çəkilən şəxslər müxtəlif xarici və yerli nömrələrlə ona zəng edərək özünü və ailəsini ölümlə hədələyirlər.
Şikayət sonda bildirir ki, Azərbaycan dövlətinin vətəndaşı olaraq aidiyyatı orqanlardan xahiş edirəm ki, bu şəxslərin mənə və ailəmə qarşı təhdidlərinə qarşı tədbir görülsün.
Hörmətlə Beyləqan rayon Xələc kənd sakini Həsənov Rafayıl Əzizağa oğlu