Xaçmaz rayonunun Müşkür kənd sakini, Seyidəliyeva Dünya bildirir ki, himayəsində iki azyaşlı övladı var və sosial durumu çox ağırdır. "DİA-AZ"ın məlumatına görə, o, sosial müavinət almaq üçün müvafiq dövlət qurumlarına müraciət etdiyini, bütün lazımlı sənədləri təqdim etməsinə baxmayaraq, ona imtina cavabı verilib.
Dünya Seyidəliyeva iddia edir ki, hər sahədə olduğu kimi bu sahədə də rüşvət halları müşahidə olunur. O bildirir ki, imkanı olan şəxslər asanlıqla sosial müavinət alarkən, onun kimi ehtiyac içində yaşayan insanlar yardımdan məhrum edilir. Onun sözlərinə görə, qanunvericilikdə sosial yardım üçün 6 ay müddətində vergi ödəyicisi olmaq tələb olunsa da, özü artıq 1 ildən çoxdur ki, torpaq vergisini vaxtında ödəyir.
Vətəndaş aidiyyatı üzrə dövlət qurumlarından probleminin ədalətli şəkildə araşdırılmasını və sosial yardımla təmin olunması üçün ona kömək etmələrini xahiş edir.