Xalq artisti Valeh Kərimovun Mingəçevir Dövlət Dram Teatrını tərk etdiyi haqda xəbərlər yayılıb. Buna səbəb kimi isə bir müddət əvvəl İntiqam Soltanın direktor postundan getdiyi göstərilib.
Moderator.az-a açıqlama verən sənətkar yayılan xəbərləri kökündən yalanlayıb:
"Mən bu dəqiqə teatrdayam, məşqdən çıxmışam. Səsim də tutulub qışqırıb-bağırmaqdan. Teatrı tərk etməyim yalan söhbətdir. Məni bu teatra keçmiş direktor, əməkdar artist İntiqam Soltan gətirib. O teatrı tərk edib, mən hələ ki, işləyirəm. Qabaqda hələ məzuniyyət falan var. Hər şeyi zaman göstərəcək. Şayələrin qabağını mən kəsə bilmərəm ki.. Heç maraqlanmıram da, telefonum da yoxdur ki, oturub oxuyum. Hamı ilə də münasibətim yaxşıdır. Düşmənim də yoxdur. İstəməsəm də gündəmə gətirmək istəyirlər. Ha qurdalayırlar, mən də gündəmə gəlmək istəmirəm" deyə sənətkar bildirib.
Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bu günlərdə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.