“Son 213 ildə ilk dəfədir ki, Rusiyanın Cənubi Qafqaz siyasəti tamamilə iflasa uğradı. Kreml həm Zəngəzur dəhlizindən kənarda qaldı, həm də Şimal-Cənub dəhlizi layihəsinin həyata keçirə bilmədi”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Ədalət Verdiyev deyib.
Politoloq vurğulayıb ki, Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz:
“Ali Bas Komandanımız İlham Əliyev həlli mümkünsüz olan böyük bir problemi təkbaşına həll etdi.
Ermənistan isə yəqin ki, gələn il Rusiyanı ərazisindən çıxarmağa və KTMT-dən rəsmən imtina etməyə çalışacaq. Nikol Vaşinqtonda keçirilən görüşdə imzalanan sənədləri əldə edən kimi parlamentə seçki kompaniyasına başlayacaq və böyük ehtimalla qalıb gələcək.
Azərbaycanın razılığı və imzası olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz. Bunu kimsə unutmasın”.