UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                     Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi .....                     Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib .....                 

Rus sevgilisinin evində tələbə qızı öldürdü, meyitini zibil yeşiklərinə atdı - 100 minlik iddia qaldırıldı
Tarix: 4-06-2025, 08:42 | Çap et

Azərbaycanın Ali Məhkəməsi Rusiyada qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eldar Məhərrəmovun cinayət işinə baxıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2008-ci il dekabrın 27-də Moskva vilayəti, Klin şəhərində baş verib.

O, özgənin əmlakını ələ keçirmə məqsədi ilə quldurluqda və qətldə ittiham olunub.

E.Məhərrəmov həmin gün kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, onların evinə qonaq gəlmiş rəfiqəsi Saxobata Babayevanı öldürmək qərarına gəlib. Məqsəd qadının üzərindəki bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx və on qramlıq qızıl boyunbağları, dəst sırğa, zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min rublu ələ keçirmək olub.

İttiham aktına əsasən, Eldar yaşadığı evdə S.Babayevanın baş nahiyəsinə üç dəfə çəkiclə zərbə endirib. O, qadının yalvarışlarına məhəl qoymayıb, kəmərlə boğub.

Qadının meyitini hamam otağına apardıqdan sonra həyətə düşüb, zibil torbaları və şüşə ağardıcı məhlullar alaraq evə qayıdıb. Mətbəx bıçağı ilə meyiti hissələrə ayırıb, torbalara doldurub və həyətdəki zibil qablarına atıb.

Daha sonra qətlə yetirdiyi şəxsin üzərində olan 30 min rubl (840 AZN) məbləğində qızıl-zinət əşyaları, 5 min rubl (142 AZN) dəyərində “Nokia 5310” markalı mobil telefonu və 10 min rublu (280 AZN) ələ keçirib.

Qatil sonra Azərbaycana gəlib.

Qətlin üstü isə 14 il sonra – 2022-ci ildə açılıb. Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.4 (Azərbaycan hüdudlarından kənarda - xüsusi amansızlıqla adam öldürmə), 12.1, 120.2.11 (Azərbaycan hüdudlarından kənarda - quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 12.1, 181.3.3-cü (Azərbaycan hüdudlarından kənarda – zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

“Tez-tez mübahisələri düşüb”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Yeganə Məhərrəmova ilə rəsmi ailə həyatı qurub və daha sonra 2006-cı ilin sonlarında işləmək üçün Moskvanın Klin şəhərinə gedib: “Bir il Rusiyada yaşadıqdan sonra övladım dünyaya gəldiyindən Bakı şəhərinə qayıtdım. Bir həftə qaldıqdan sonra yenidən Klin şəhərinə qayıtdım. Orada “Russkiy klub” adlı restoranda administrator işlədim. Həmin restoranda ofisiant işləyən Yekaterina (həmin vaxtlar subay olduğundan soyadı Şikanova olub – red.) ilə tanış oldum və münasibətlərimiz yarandı. Bir müddət sonra isə Klin şəhəri, Liteynaya küçəsində kirayə qaldığı evdə onunla birlikdə yaşamağa başladım. Elə həmin şəhərdə olarkən Yekaterinanın rəfiqəsi Saxobat ilə tanış oldum. Saxobat hansısa barda ofisiant işləyirdi. Yekaterina ilə birlikdə yaşamağa başladıqdan sonra isə Saxobat bir neçə dəfə bizə qonaq gəldi. Mənim Saxobat ilə hər hansı yaxın münasibətim olmayıb. Saxobatın dediyinə görə anası onu öz qohumlarından kimləsə evləndirmək istəyib. Ancaq Saxobat həmin şəxslə ailə həyatı qurmaq istəməyib və bunun üstündə anası ilə tez-tez mübahisələri düşüb”.

“Şər atdığımı Yekaterinaya deyəcəyini bildirdi”

Eldarın ifadəsinə görə, tanışlıqdan bir müddət sonra Saxobat onunla yaxınlıq etməyə cəhd göstərməyə başlayıb: “Yekaterinanın xristian və bakirə olduğunu, bizim isə hər ikimizin müsəlman olduğumuzu onun diqqətinə çatdırdım. Saxobat isə mənimlə ailə həyatı qurmaqda israr edirdi. Mən ona ailəli olduğumu bildirdim. Saxobat qız uşağı olduğundan onunla heç vaxt yaxınlıq etmək istəmədim. Son dövrlərdə Saxobat bizə tez-tez gəlib və hər dəfə ikimiz qaldıqda eyni söhbətləri açırdı. Mən də olanları Yekaterinaya danışacağımı bildirmişəm. Belə olduqda Saxobat guya mənim onunla yaxınlıq etmək istədiyimi və qarşılıq almadığımdan ona şər atdığımı Yekaterinaya deyəcəyini bildirdi. Ona görə də son vaxtlar Saxobat bizə qonaq gəldikdə, müxtəlif bəhanələrlə evdən getmişəm”.

“Öldüyünü anladım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 27 dekabr 2008-ci ildə, saat 20 radələrində Saxobat yenə onlara qonaq gəlib, Yekaterina ilə evdə olublar: “Qadınlar otaqda oturaraq söhbət edirdi. Mən isə mətbəx otağına keçdim, siqaret çəkdim. Sonra Yekaterina və Saxobatın yanına getdim. Həmin vaxt Yekaterina yemək bişirmək üçün mətbəx otağına getdi. Otaqda qalarkən Saxobat məndən dedikləri barədə nə düşündüyümü soruşdu. Mən isə artıq bu söhbətləri bağlamağı və çıxıb getməyi təklif etdim. Əks halda bu söhbətləri Yekaterinaya danışacağımı dedim. Həmin vaxt Saxobat özünə xəsarət yetirəcəyini, qızlığını pozub, sonra da polis idarəsinə gedərək guya mənim tərəfdən zorlandığı barədə şikayət edəcəyini dedi. Saxobata buna heç kimin inanmayacağını bildirdim. O isə “indi baxarsan” ifadəsini işlətdi. Qorxdum, əsəbləşərək Saxobata bir şillə vurdum. Burnundan qan gəldi. O, pəncərə tərəfə gedərək pərdəni araladı, şüşəni sındırmaq istədi. Qorxdum ki, Saxobat özünü pəncərədən atar. Onun saçından tutaraq arxaya çəkdim. Məqsədim onu evdən qovmaq olub. Həmin vaxt Saxobat bərk qışqırdı. Onun saçından tutaraq dəhlizə tərəf çıxaran zaman orada olan çəkici gördüm. Çəkici götürdüm və Saxobatın başının arxa nahiyəsinə zərbə endirdim. Elə həmin vaxt Yekaterina otağa gəldi və çəkiclə Saxobata xəsarət yetirdiyimi başa düşdü. Zərbədən sonra Saxobat divana yıxıldı və başından qan gəldi. Onun öldüyünü anladım”.

“Meyiti hissələrə böldüm, müxtəlif yerlərdə zibil qutularına atdım”

Təqsirləndirilən şəxs bildirib ki, Saxobatın öldüyünü dəqiqləşdirmək üçün onu divandan yerə uzadıb: “Saxobatın əlləri elə başının arxasında qaldı. Bir müddət sonra özümə gəldim və cinayətin izini itirmək üçün meyiti yox etmək qərarına gəldim. Saxobatın paltarlarını çıxartdım, Yekaterinaya isə Saxobatın üzərində olan əşyaları - telefonu, qızıl üzükləri, bilərziyi götürməsini tapşırdım. Meyiti hamama apardım. Yekaterinaya aşağı düşərək mağazadan 2 rulon zibil paketi və təmizləyici məhlul almasını xahiş etdim. Özüm isə mətbəx bıçağı meyiti doğramağa başladım. Başını, qollarını, ayaqlarını bədənindən ayırıb paketlərə yığdım. Ağardıcı məhlulla evi təmizlədim. Lakin sonra meyitin hissələrinin pis qoxumaması və itlərin diqqətini cəlb etməməsi üçün məhlulu torbalara tökdüb. Gecə saatlarında isə Yekaterina ilə birlikdə həmin torbaları müxtəlif yerlədə olan zibil yeşiklərinə atdım”.

“Məlumatsız olduğumuzu dedik”

Eldarın sözlərinə görə, evə qayıtdıqdan sonra otaqda olan qan izlərinin hamısını yuyaraq təmizləyiblər: “Yekaterina bundan sonra necə olacağını soruşdu. Mən də hələ ki, bilmədiyimi, ancaq bu haqda heç kimə bir söz deməməyini bildirdim. Səhər açıldıqdan sonra əvvəllər restoranda işlədiyim, lakin adını xatırlamadığım iş yoldaşıma zəng vurdum, satılması üçün qızıl bilərziyin olduğunu dedim. Həmin əşyaları dostuma aparsın deyə, Yekaterinaya verdim. Ümumilikdə 15 min rubl pula həmin əşyaları satdıq. Saxobata məxsus mobil telefon isə Yekaterinada qaldı. Həmçinin həmin səhər aşağı düşərkən zibil qutularının artıq təmiz olduğunu gördüm. Bir gün sonra da əldə etdiyim pulla Yekaterina ilə birlikdə Smolensk şəhərinə getdik. Orada Yekaterinanın anasının evində qaldıq. Bir həftə qaldıqdan sonra yenidən kirayə qaldığımız evə qayıtdıq. Həmin ərəfələrdə Saxobatın adını xatırlamadığım anası bizə gələrək qızını soruşdu. Hadisə günü Saxobat anası ilə telefon vasitəsi ilə danışıb və bizdə qalacağını, sonra isə Moskva şəhərinə gedəcəyini deyib. Anasına qızının Moskva şəhərinə getdiyini və ondan xəbərsiz olduğumuzu bildirdik. Bundan sonra Saxobatın anası bir-iki dəfə yenə bizə gələrək qızından xəbərimizin olub-olmadığını soruşdu. Biz də məlumatsız olduğumuzu dedik”.

“Münasibətlərimiz soyudu”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 3 ay sonra Yekaterinanın hamilə olduğunu öyrənib: “Azərbaycanda ailəmin olduğunu və bu uşağa baxa bilməyəcəyimi bildirdim. Ondan uşağı abort etdirməsini tələb etdim. Yekaterina abort etdirəcəyi təqdirdə bir daha hamilə qala bilməyəcəyini bildirdi. Mən də artıq qərarı Yekaterinaya buraxdım. Həmin vaxtlar Yekaterinanın anası mənim uşağa sahib çıxmayacağımı bildi və qızını öz yanına çağırdı. Tədricən Yekaterina ilə münasibətlərimiz soyuqlaşdı və 2009-cu ilin yay aylarında tamamilə ayrıldıq. Həmin vaxtlar Yekaterina anasının yanında qaldı. Mən isə Yelena Kirsanova ilə bir yerdə yaşamağa başladım. 2009-cu ilin sonlarında Yekaterinanın övladı dünyaya gəldi. Mən doğum evinə gedərək Yekaterinanı xəstəxanadan çıxararaq evinə apardım. Bir gün qalaraq yenidən kirayə qaldığım evə qayıtdım. Yelena bunlardan xəbərdar olub”.

“Ailəmi təhqir etdi”

Eldarın bildirdiyinə görə, 2010-cu ilin əvvəllərində Bakı şəhərinə gəlib, bir həftə qaldıqdan sonra yenidən Rusiyaya qayıdıb: “Bakıda olarkən nə törətdiyim cinayət hadisəsi barədə, nə orada uşağımın olması barədə heç kimə bir söz deməmişəm. Rusiyaya qayıtdıqdan sonra 15 sentyabr 2014-cü ilədək Yelena ilə birlikdə yaşadım. Həmin dövrdə Yelenanın məndən bir övladı dünyaya gəldi. Törətdiyim hadisə barədə Yelenaya danışıb-danışmadığımı unutmuşam. 2010-cu ildə Rusiyaya qayıdarkən xarici pasportunun müddəti bitməyə yaxın olub və bunun üçün yenidən Azərbaycana qayıdıb, yeni pasport alıb, Rusiyaya getməli olmuşam. Ancaq həmin vaxtlar işlərim orada yaxşı olduğundan qayıtmamışam və pasportumun müddəti bitdiyindən 4 il orada qeydiyyatsız yaşamışam. 2014-cü ildə isə miqrasiya rejimini pozduğuma görə mənə ölkəni könüllü şəkildə tərk etmək üçün vaxt verildi və yalnız 3 il keçdikdən sonra yenidən Rusiyaya qayıda biləcəyim izah olundu. Yelenaya tezliklə dönəcəyimi bildirdim. Həmin vaxt Yelena ikinci hamiləliyə qalmışdı. Azərbaycanda olarkən telefon vasitəsi ilə Yelena ilə əlaqə saxlamışam. 2015-ci ilin mayında Yelena uşağı dünyaya gətirdi. Elə həmin vaxt “Skype” proqramı vasitəsi ilə əlaqə saxlayarkən Yelenaya 3 ildən tez Rusiyaya gələ bilməyəcəyimi dedim. Yelena da bundan əsəbiləşərək mənim Azərbaycandakı ailəmi təhqir etməyə başladı. Bundan sonra Yelenaya acıqlandım və bir daha əlaqələrimiz olmadı”.

“Barəmdə araşdırma getdiyini eşitdi”

Eldar bildirib ki, 2014-cü ildə Azərbaycana qayıtdıqdan sonra bir daha Rusiyaya getməyib: “Bakıda öz ailəm ilə yaşamışam. 4 yaşında bir oğlum və 15 yaşında bir qızım olub. Valideynlərim də bizimlə bir yerdə qalıblar. Rusiyada törətdiyim hadisə barədə ailə üzvlərimə heç nə danışmamışam. 2017-ci ildə Rusiyadan Azərbaycana sorğu gəldi. Həmin sorğu əsasında məni Xəzər Rayon Polis İdarəsinə dəvət etdilər. Həmin vaxt ailə üzvlərim barəmdə Rusiyada araşdırma getdiyini eşitdi. Ancaq mən törətdiyim cinayət əməlini heç vaxt onlara etiraf etmədim”.

“Qızımın öldürüldüyünü bildirdi”

Zərərçəkmiş Saxobatın hüquqi varisi qismində ifadə verən Maxfirat Babayeva bildirib ki, mərhum qızı tələbə olub: “Mən yalnız təqsirləndirilən şəxsi və onun rəfiqəsini tanımışam. Qızım onlara gedib - gəlib. Qızım itkin düşəndə onlar mənə tapılacağını bildirdilər. Hətta Eldar və Yekaterina gələrək məndən axtarış üçün pul istədilər. Qızımın 10 min dollar pulla Ermənistana getdiyini bildirdilər. Mən onlara inandım. Qızımı onların öldürdüyünü bilmədim. 14 ildə qızımı axtarmadığım yer qalmadı. Həyat yoldaşımın ürəyi dözmədi və hadisədən 2 il sonra öldü. Müstəntiq qızımın öldürüldüyünü bildirdi”.

100 min manatlıq mülki iddia

Maxfirat Babayeva həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxsə qarşı 100 min manat pul tələbi ilə mülki iddia qaldırıb: “Həmin məbləğ qızımdan götürülmüş qızılların dəyəri, cinayət nəticəsində mənəvi ziyanın dəyəri və həm də 14 ildə qızımın axtarışları üçün çəkdiyim xərclər daxildir. Məhkəmədən təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəza verilməsini və qaldırdığım mülki iddiasının təmin olunmasını xahiş edirəm”.

15 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs qarşı 17 min manat maddi və 83 min manat mənəvi zərərə görə cəmi 100 min manat pul tələbinə dair mülki iddiası qismən təmin olunub. Maddi zərərə görə 1262 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar verilib. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. Ali Məhkəmədə şikayətə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Tanınmış jurnalist bu məmurun İSTEFASINI TƏLƏB ETDİ - ÇAĞIRIŞ
Dünən, 12:41
28 günlük paketi necə "aylıq" adlandırmaq olar? - Ekspert Azercell barədə sərt DANIŞDI
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru