Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ Senatının atəşkəsdən imtina etdiyi iddiası ilə Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbuluna heç bir maneə yoxdur.
Bizimyol.info xəbər verir ki, “European Pravda” nəşrinin verdiyi mlumata görə, o, bu barədə Fridrix Merzlə birgə mətbuat konfransında qeyd edib.
Zelenski iddia edir ki, hazırkı şəraitdə ABŞ-dan güclü sanksiyalar paketi “çox zəruridir”.
“Rusiya atəşkəslə razılaşmır. Düşünürəm ki, bu gün heç nə siyasi iradəyə və Senatda bu paketin qəbul edilməsinə səs verməyə mane olmur”, - deyib.
Siyasətçi hesab edir ki, məhdudiyyətlər Ukraynaya sülh gətirməyə kömək edəcək və Rusiya iqtisadiyyatına zərbə vuracaq.
Mayın 22-də ABŞ Senatı Moskvanın yaxın vaxtlarda Ukraynada atəşkəs üçün qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə Rusiyanı 500% ikinci dərəcəli tariflərin tətbiqi ilə hədələyib.
Daha sonra senator Lindsi Qrem Rusiya prezidenti Vladimir Putinə açıq məktubunda Moskvaya qarşı yeni sanksiyaların tətbiqinin mümkünlüyünü açıqlayıb. Parlamentarinin sözlərinə görə, Amerika Senatı vəziyyətin istənilən imkanından istifadə etməyə hazırdır.
Bundan əvvəl Zelenski Putinin NATO üzərində qələbəsi üçün şərtini qeyd etmişdi.