Mayın 25-nə keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumundan sonra ABŞ Prezidenti Donald Tramp bu hadisəyə heç bir reaksiya vermədi. Mayın 26-na keçən gecə Rusiya hücumu təkrarlayanda Ağ Evin rəhbəri Rusiya Prezidenti Putinlə çox yaxşı münasibətdə olduğunu söylədi, lakin "ona nəsə olub" deydi: "O tamamilə dəli olub! O səbəbsiz yerə çoxlu insanı öldürür və mən təkcə əsgərləri demirəm. Onlar Ukrayna şəhərlərinə heç bir səbəb olmadan raket və pilotsuz təyyarələrlə hücum edirlər ".
Əslində isə Rusiya diktatoru xeyli əvvəl “tamamilə dəli olub”. Putin hakimiyyətə gəlməyini təmin etmək üçün Rusiyada yaşayış binalarının bombalanmasını təşkil edəndə, çeçen şəhərlərini dağıdanda, çeçenləri öldürəndə, 2008-ci ildə Gürcüstana hücum edəndə, 2014-cü ildə Ukraynanın işğalını başladanda “dəli olmuşdu”.
Başa düşmək lazımdır ki, o sadəcə “dəli” deyil. Putin MH17 reysinin 300-ə yaxın sərnişininin qətlinə görə məsuliyyət daşıyır. Daha sonra on minlərlə suriyalının qətliamına kömək etdiyinə görəməsuliyyət daşıyır. 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalı başlatdığına, on minlərlə ukraynalı dinc sakinin öldürülməsinə, 660-dan çox uşağın qətlinə və ən azı 20 min ukraynalı azyaşlının qaçırdığına görə məsuliyyət daşıyır.
İndi Trampın dediklərinə yaxından nəzər salmağa dəyər... Xüsusən də o “Prezident Volodimir Zelenski ölkəsi üçün yaxşı danışmır, ağzından çıxan hər şey problemdir” deyib... Amma yox, Ukrayna Prezidenti Zelenski ölkəsinin müdafiəsinə rəhbərlik edir və Rusiyanın müharibəsini “soyqırımı müharibəsi” adlandırır. Yoxsa Tramp ukraynalıların sakitcə ölməsini istərdi?
Soyqırım müharibəsi ilə qarşı-qarşıyasınızsa, nifrət təbii reaksiyadır. Bunu sözlə, qurbanı günahlandırmaqla, cinayətin üstünü örtməklə və ya təcavüzkarı sakitləşdirməklə aradan qaldırmaq olmaz. Müharibəyə başlayan təcavüzkarla onun qarşısını ala bilməyənlər arasında saxta bərabərlik çəkmək mənəvi cəhətdən yanlışdır. Bu məsələnin həllinə kömək etmir.
Əlbəttə, Tramp tammiqyaslı müharibəni miras aldığını deyir. Və əvvəlcə 24 saata, sonra bir neçə aya müharibəyə son qoyacağı vədini verib. O bir neçə dəfə Kiyevə yardımın qarşısını kəsib və Konqresdən yeni paket istəmək niyyətində deyil. O hətta Putini qondarma sülh təkliflərini rədd etdiyinə görə tənqid etməyib. Bəs bu, Obamanın Suriyadakı bədnam “qırmızı xətləri”ndən nə ilə fərqlənir?
Əslində bu, Zelenskinin və ya Baydenin müharibəsi deyil: Putin bu müharibəni ABŞ Prezidenti Barak Obama və Ukrayna Prezidenti Viktor Yanukoviçin dövründə başladıb. Obama və Bayden Rusiyanı səhv mühakimə etməkdə və ya kifayət qədər iş görməməkdə günahlandırıla bilər. Lakin onlar müharibəyə başlamayıblar.
Əsas odur ki, Tramp nəhayət etiraf etdi: Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir. Lakin Tramp bu cür bəyanatlarından sonra ABŞ Prezidenti olaraq faktiki nəsə etməsə, bəyanatları boş söhbət olaraq qalacaq.
Müəllif: Aleksandr Xara – Ukraynalı politoloq.
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.