2025-2026-cı ildən "Rəqəmsal məktəb" ə keçmək qərarı alan Emin Əmrullayev dərslərin başlamasına 1 ay qaldığı halda heç bir maddi-texniki bazanı təmin etməmişdir. Görünən odur ki, Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.
Rəqəmsal jurnallar üçün internet olmayan, işıq olmayan, komputer olmayan məktəblərimiz var və keçən zaman içində heç bir tədbir görülməyib. Görünən odur ki, bu da yeni yeyinti növü, yeni bir müəllimləri alçaltmaq və incitmək üçün keçirilir. Son bir ayda müəllimlər sertifikasiya ilə, məktəb ilə, siniflərlə, şagirdlərlə nə ilə məşğul olmalıdırlar ki, həm də rəqəmsal jurnalı öyrənsinlər, tətbiq etsinlər.
Elə məktəblər var ki, bütün müəllimlər bir komputer ilə növbə gözləyərək işlərini görürlər. İndi isə bu gülünc qərar yersiz olduğu qədər, lazımsız və sadəcə yeyinti yeridir.
Unutmayaq ki, MÜTDA keçən il də min bir bəhanə ilə jurnalları çox gec vermişdi, hansı ki müəllimlərdən 2 günə jurnalları tam təhvil vermələrini istəmişdilər. Bu Eşqi Bağırovun şəxsi əmri idi.
Üstəlik yenə də unutmayaq ki, əvvəlcə təmin etmək, sonra tələb etmək lazımdır. Təhsil sistemində olan bu yararsız qərarlar sistemi daha da bərbat hala gətirir. Artıq bunların birbaşa məqsədyönlü olduğu açıq aydın ortadadır.
Bu ilin biabrçılıqları elə tədris ili başlamadangözə girməyə başladı...
Tehsilmedia.az