Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                 

Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Tarix: Bu gün, 09:15 | Çap et

“İran mənbələrinin məlumatına görə, Zəngəzur dəhlizinin eni 6 km olacaq və Türkiyənin cənub-şərqindəki "David dəhlizi" ilə birləşdiriləcək". Tribunainfo.az xəbər verir ki, bu iddia ilə iranlı ekspert Əhməd Kazemi çıxış edib. Onun sözlərinə görə, sülh sazişi gələn il imzalanacaq. “Əbu-Dabidə əldə olunmuş razılaşmalara əsasən, yekun sənədin 2026-cı il aprelin 24-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İstanbulda imzalanması planlaşdırılır”.

Kazemi bundan başqa digər bir iddiasını da dilə gətirib. “Dəhliz doqquz iştirakçıdan ibarət beynəlxalq investisiya konsorsiumu tərəfindən idarə olunacaq. Gəlir aşağıdakı kimi bölüşdürülür: 40%- ABŞ, 30%- Ermənistan və Azərbaycan, qalan 30%-i isə hələ dəqiqləşməyib”.

İranlı ekspertin yekun sülh sənədinin imzalanması ilə bağlı açıqladığı tarix sual doğurur. Əvvəla, niyə məhz 24 apreldə imzalanması təftiş oluna bilər. Üstəlik, həmin gün ermənilər qondarma soyqırımını qeyd edirlər.

İkincisi, Ermənistanda gələn il gərgin dövrdür və parlament seçkiləri keçiriləcək. Seçkilər iyunda olacaq və iki ay qalmış Paşinyanın sülh sənədini imzalaması inandırıcı görünmür. Ən əsası, buna qədər referendum keçirilməli və Ermənistan konsitusiyadan ərazi iddialarını çıxarmalıdır. Paşinyan isə 18 avqustda xalqa müraciətində referendumdan söz açmadı.

Təbii ki, Ermənistana “ev tapşırığı” verilib. Prezident İlham Əliyev müsahibəsində İrəvanı həmin “ev tapşırığını” icra etməli olduğunu bildirib. Bundan sonra istənilən an sülh müqaviləsinin bağlana biləcəyini açıqlayıb. Ona görə də gələn ilin parlament seçkilərinədək Ermənistanda referendum keçirilməsi istisna deyil. Bəzi analitiklərə görə, Paşinyan 2026-cı il seçkilərinə qədər konstitusiyaya düzəliş etmək və yekun sülh sənədini imzalamaqla ölkəsinə, xalqına dayanıqlı sülh gətirdiyini deyərək parlamentdə qələbəsini sığortalamış ola bilər.

Xatırladaq ki, Bakı və İrəvan sülh mətnini avqustun 8-də Ağ Evdə paraflayıblar. Bu da geri oxunması mümkün olmayan sənəddir.

Bu mənada, iranlı ekspertin proqnozları nə dərəcədə real görünür? Məhz 24 apreldə İstanbulda sülh sazişi imzalana bilərmi, yoxsa yekun sənədə də ABŞ-da qol çəkəcəklər?

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanması bir tələbin icrasından asılıdır. Onun fikrincə, Ermənistan hakimiyyəti referenduma gedəcək və son şərti də yerinə yetirəcək: “İnanıram ki, Paşinyan Vaşinqton razılaşmasını pozmayacaq və sülh müqaviləsinin bağlanması üçün qanunvericiliyə dəyişikliyə gedəcək. Çünki bu prosesi uzatmaq zərərlidir və regionu qarışdırmaq istəyən qüvvələrə fürsət yarada bilər. Nə qədər ki, Rusiya və İranln bölgəyə müdaxilə etmək gücü o səviyyədə deyil, İrəvan referendumu qısa zamanda keçirməli və konstitusiyadan bizə qarşı ərazi iddialarını ləğv etməlidir. Hər halda, bu gözləntimiz yüksəkdir və Paşinyanın ictimai rəyi hazırlamaq üçün addımlar atacağını düşünürəm. Sadəcə, qarşıdakı seçkilər onu narahat edir. Bu kritik mərhələni keçərsə, yekun sülh sənədinin imzalanması üçün məlum tələbi icra edəcək”.

Ekspert istisna etmir ki, parlament seçkilərinə qədər də referenduma ola və iqtidar əlini gücləndirə bilər: “Paşinyanın xalqa müraciətində çox mühüm iki çağırış var idi. Əvvəlcə dedi ki, əgər xalq Qarabağı verdiyini düşünürsə, inqilab etsin. Bu arxayınlıqla söylədi və erməni cəmiyyətinin ovqatını gözəl bilir. Ardınca dedi ki, Qarabağa qayıdış olmayacaq. Yəni bu səhifə bağlanıb. O baxımdan, Paşinyan növbəti çıxışında elan edəcək ki, əgər Qarabağ Ermənistana aid deyilsə, onda bu iddianı konstitusiyada və müstəqillik bəyannaməsində saxlamalı deyilik. Bir sözlə, Paşinyan şüurda inqilab etməyə çalışır”.

Qarayeva yekun sülh sənədinin məhz 24 apreldə imzalanacağına şübhə ilə yanaşır və iranlı təhlilçinin ermənilərə ironiya etdiyini düşünür: “Ola bilsin ki, həmin ekspert anti-Azərbaycan şəxsdir. Guya işarə vurur ki, Paşinyan məhz uydurma genosid günü "təslimçi sülh aktı"na qol çəkəcək. Burada erməni cəmiyyətinə absurd bir eyham var. Görüş yerinin İstanbulda olmasına gəlincə, bu haqda proqnoz verməkdə çətinlik çəkirəm. Lakin yekun sənədin imzalanma mərasimi Tiflisdə də ola bilər. Sadəcə, bu prosesin təşəbbüskarı Tramp olduğu üçün elə Ağ Evdə də imzalanmasını gözləyirəm. Bizim üçün fərq etməz, əsas odur ki, bu saziş imzalansın".

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, sənədin İstanbulda imzalanması mümkündür, sadəcə, Paşinyan bunu bir türk şəhərində etməklə erməni cəmiyyətində qıcıq doğura bilər: “Ona görə də elə Vaşinqtonda qol çəkiləcəyinə ehtimal edirəm. Çünki Tramp da bunu arzulayır. O, özünü əldə edilmiş razılaşmanın memarı hesab edir. ABŞ lideri istəməz ki, məsələyə tam nöqtə qoyulması başqa bir platformada baş tutsun. Hər halda, top Ermənistandadır və son şərti icra etməlidir. Ağ Ev rəhbəri də yekun sülh sazişinin 8 avqustda niyə imzalanmadığını yaxşı başa düşdü və etirazı olmadı. Azərbaycan Prezidenti görünür ki, amerikalı həmkarına Ermənistan konstitusiyası haqda informasiya verib, o da qəbul edib. Odur ki, İrəvan zəhmət çəksin və tələbimizi yerinə yetirsin. Məncə, sülh sənədi paraflandıqdan sonra ermənilər ayağa qalxmayıblarsa, deməli, reallıqla barışıblar”.

S.Əsədli yekun sülh müqaviləsinin seçkilərdən sonra imzalanacağını daha çox ehtimal edir: “Paşinyan seçkidə qələbəsini təmin etməklə yerini möhkəmləndirir, Rusiya təhlükəsini xeyli dərəcədə azaldır, sonra immunitetsiz vəziyyətdə olan erməni cəmiyyətini referenduma çağırır. Nəticədə isə öz hədəfinə çatacaq, revanşistlərin hay-küyü də effekt verməyəcək. Yəni biz 2026-cı ilin sonu, yaxud 2027-ci ildə yekun sülh müqaviləsinə şahid ola bilərik. Hətta Paşinyan referendumun 2027-ci ildə keçiriləcəyini anons etmişdi. Amma bu, zaman itkisidir və özünə zərərdir, prosesi tezləşdirmək lazımdır”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru