"Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaq doldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.
Kommersant.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib. Ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edirdi. Hazırda isə bu terminallar "Pasha Bank" və "Kapital Bank"-ın POSları ilə əvəz edilib.
Qeyd edək ki, "RabitəBank" nəhəng şirkətin ödəniş dövriyyəsini itirdiyi üçün POS əməliyyatlarındakı bazar payında geriləməsi qaçınılmazdır.