Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Haka ilə görüşüb.
Bu barədə “Report” Ermənistan KİV-inə istinadən məlumat verir.
Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.
Mirzоyan vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.
Müsahiblər həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.