"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olacaq.
"Report"un əldə etdiyi məlumata görə, buna səbəb səhmdarlardan birinin - "Bakı Sığorta" ASC-nin ləğv olunması və bu proses çərşivəsində müştərək müəssisədəki payının geri götürülməsidir.
Onun payının digər 6 səhmdara - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "Azsığorta" ASC-lərə ötürülməsi nəzərdə tutulur. "Bakı Sığorta"nın payı bərabər şəkildə bölünərsə, digər səhmdarların hər birinin payı 14,29 %-dən 16,67 %-ə yüksələcək.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 2020-ci ildə yaradılıb, Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır, sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.