Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... .....                     “Qarabağda hər kəs ev tikə bilməz” .....                     "Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" .....                     Paşinyan üçün ölümcül təhlükə var .....                     İrəvanda məktəbə atəş açıldı .....                     Adı Saleh olan, əməli saleh olmayan adam .....                     Tramp və Putin bunu anlayır .....                     Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... .....                     Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir .....                     Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... .....                     Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... .....                     Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər .....                     Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil .....                     Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır .....                     Ağlar günə qalan Azərbaycan səhiyyəsi... .....                     Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi .....                     Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? .....                     Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib .....                     Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... .....                     “Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” .....                     Zəngəzurda konsulluq "savaşı" qızışır: .....                     Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək .....                     "Mənim niyə bahalı maşınım olmasın?" .....                     Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür .....                     Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                 

“Üç dövlət, bir mesaj: Biz buradayıq!” - İNCƏLƏMƏ
Tarix: Dünən, 05:44 | Çap et

28 May – Azərbaycanın müstəqillik tarixində mühüm gündür. Bu il Müstəqillik Günü ikiqat əhəmiyyət daşıdı. Bir tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü qeyd olundu, digər tərəfdən isə Laçında – işğaldan azad edilmiş torpaqda, dağların qoynunda inşa olunan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu önəmli tədbir Azərbaycan, Türkiyə və Pakistan liderlərini Laçında bir araya gətirdi. Burada üç qardaş ölkə arasında ikinci Zirvə Görüşü keçirildi. Həm siyasi, həm də hərbi əməkdaşlıq baxımından strateji əhəmiyyətə malik olan bu görüş regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Sherg.az olaraq Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıçla həmsöhbət olduq.
Müsahibəni təqdim edirik:
- Salam, Hulusi bəy. Mayın 28-i Azərbaycan tarixində həm rəmzi, həm də real mənada ikiqat bayram yaşandı. Bu barədə nə düşünürsünüz?
-28 may tarixində Azərbaycanda iki önəmli bayram qeyd olundu. Birinci bayram – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə Müstəqillik Günü idi. Bu əlamətdar gün ölkə boyunca böyük coşqu ilə qeyd edildi. İkinci önəmli hadisə isə – Laçın Beynəlxalq Hava Limanının açılışı idi. Bu, həm də laçınlıların dünya ilə birləşdiyi mühüm və rəmzi tədbirə çevrildi. Laçında açılan yeni hava limanı bütün azərbaycanlılara böyük sevinc və qürur yaşatdı. Hər kəs bayram sevinci içində idi.
-Laçın Beynəlxalq Hava Limanının açılışını xüsusi edən nə idi?
-Unutmayaq ki, Laçın 30 il ərməni işğalı altında qalmışdı. Lakin Azərbaycanın güclü lideri və ordusunun müdrik siyasəti nəticəsində Laçın bir güllə belə atılmadan azad edildi.
Azərbaycan, Türkiyə və Pakistan liderləri Müstəqillik Günü münasibətilə Laçında bir araya gəldilər və burada Laçın Beynəlxalq Hava Limanının açılışını etdilər. Qarabağ müharibəsi zamanı həm Türkiyə, həm də Pakistan Azərbaycana mənəvi, siyasi və diplomatik dəstək göstərmişdi. Prezident İlham Əliyev də hər iki ölkənin əsl dost və qardaş olduğunu qiymətləndirərək, onların liderlərini bu mühüm açılışa dəvət etdi.
Bu münasibətlə Laçında Türkiyə-Azərbaycan-Pakistan arasında ikinci Zirvə Görüşü də keçirildi.
-Bu Zirvə Görüşünün Laçında keçirilməsi ilə dünyaya verilən əsas mesaj nə idi?
-Bu görüş zamanı dünyaya verilən əsas mesaj üç qardaş ölkə arasındakı birlik və əməkdaşlıq idi. Bu mesaj heç bir ölkəyə qarşı yönəlməyib. Sadəcə üç dost və qardaş xalqın birliyi, həmrəyliyi nümayiş olundu. Birlik gücdür və bu birlik vasitəsilə Azərbaycan, Türkiyə və Pakistan öz gücünü, həmrəyliyini dünyaya göstərdi. Yeni dünya nizamında bu üç ölkənin gücünü birləşdirməsi strateji baxımdan olduqca əhəmiyyətlidir. Zirvə görüşünün Laçında keçirilməsinin əsas səbəbi isə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə, dağlar qoynunda salınan beynəlxalq hava limanının möhtəşəmliyini və strateji əhəmiyyətini bir daha dünyaya göstərmək idi. Həmçinin bu tədbirdə Laçın Beynəlxalq Hava Limanının insanlığa xidmətə tam hazır olduğu bəyan edildi. Üç ölkə liderinin bu açılışda iştirakı isə dünyanın diqqətini bölgəyə yönəltdi.
Beləliklə, eyni gündə həm bayram qeyd olundu, həm hava limanının açılışı oldu, həm də güclü üçlüyün – Azərbaycan, Türkiyə və Pakistanın – ikinci Zirvə Görüşü keçirildi.
-Azərbaycan-Türkiyə-Pakistan arasında hansı sahələrdə əməkdaşlıq perspektivləri mövcuddur?
-Bu ölkələr əsasən hərbi sahədə əməkdaşlığı daha da genişləndirə bilərlər. Hazırda birgə hərbi təlimlər keçirilir. Gələcəkdə müdafiə sənayesinin inkişafı istiqamətində əməkdaşlıq da mümkündür. Pakistan nüvə silahına malik olan böyük, güclü dövlətdir və texnoloji baxımdan yüksək inkişaf səviyyəsinə malikdir. Eyni zamanda Türkiyənin müdafiə sənayesindəki irəliləyişi və gücü bütün dünyanın diqqətini cəlb edir. Azərbaycanın da bu sahədə təcrübəsi artmaqdadır. Bu üç ölkə müdafiə sahəsindəki bilik və təcrübələrini birləşdirəcək. Bütün bunlar heç bir dövlətə qarşı yönəlməyib. Məqsəd yalnız dünyada baş verən proseslərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq və müdafiə gücünü artırmaqdır.
-Sözügedən üçlüyün yaxınlaşması digər türk və İslam ölkələri tərəfindən necə qarşılanır?
-Üçlü ittifaq – Azərbaycan, Türkiyə və Pakistan – dostluq və qardaşlıqdan doğan əməkdaşlığın nümunəsidir. Laçında keçirilən görüş təkcə bu üç ölkənin deyil, bütün türk və İslam dünyasının qürur mənbəyinə çevrildi.
Türkiyənin gücü Azərbaycanın gücüdür. Eyni şəkildə digər qardaş ölkələr də istənilən vaxt bu üçlü birlikdə yer ala bilərlər. Laçında keçirilən bu zirvə görüşü daimi xarakter daşıyır və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
-İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun və hava limanlarının yaradılmasını necə dəyərləndirirsiniz?
-Qarabağda artıq üç beynəlxalq hava limanı istifadəyə verilib – birincisi Füzulidə, ikincisi Zəngilanda, üçüncüsü isə Laçında. Beləliklə, dünya 5 ildən az müddətdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç beynəlxalq hava limanı inşa etdiyinin şahidi oldu. Bu hava limanları həm turizmin inkişafına, həm də xarici bazarlara məhsul ixracına töhfə verəcək. Hava yolu xalqın yoludur, hava yolu insanlığın yoludur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərilərin pulları qeybə çəkildi: şirkət aradan çıxdı... - MÜRACİƏT
Bu gün, 12:39
“Qarabağda hər kəs ev tikə bilməz” - ÇÜNKİ...
Bu gün, 12:24
"Özəl xəstəxanaların əksəriyyəti insanları soymaq üçündür" - ETİRAZ
Bu gün, 12:20
Paşinyan üçün ölümcül təhlükə var – Şahnazaryan
Bu gün, 12:17
İrəvanda məktəbə atəş açıldı
Bu gün, 12:14
Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Bu gün, 12:12
Tramp və Putin bunu anlayır - Yeni sistem
Bu gün, 09:06
Naxçıvanda vəziyyət daha da acınacaqlıdır... - ETİRAZ VAR!
Bu gün, 08:51
Regionda güc mərkəzi artıq Azərbaycan və Türkiyədir - FAKT BUDUR!
Bu gün, 08:28
Rusiyanın təsiri: Pxenyan ordusu yenidən güclənir... - NYT
Bu gün, 08:25
Yenə də 'Kontakt Home'... Yenə də narazılıq... - Borcu ödəsən də borclusan...
Bu gün, 08:22
Bu şəxslər Bakıdan rayonlara göndərilə bilər – Daimi yaşamaq üçün…
Bu gün, 07:40
Stiv Deynsin Bakı səfəri sadəcə bir səfər deyil - ÇÜNKİ...
Bu gün, 07:36
Dünyanın geosiyasi səhnəsində yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır - GƏLİŞMƏ
Bu gün, 07:29
Ağlar günə qalan Azərbaycan səhiyyəsi... - NARAZILIQ VAR...
Bu gün, 07:26
Bu şikrət tenderdə 988 min ucuz qiymətlə qalib gəldi - DETALLAR
Bu gün, 07:16
Ayaz Musayevə SUİ-QƏSD CƏHDİ: Daha kimlərin başı ağrıya bilər? - Bakıda istintaq qurulacaqmı?
Bu gün, 07:10
Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib - KİV
Bu gün, 06:56
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir - Ərdoğanın İrana Zəngəzur mesajı
Bu gün, 06:53
Azərbaycan Zəngəzur dəhlizindən imtina etsə... - Ermənistan ciddi siyasi və iqtisadi itki yaşaya bilər
Bu gün, 06:51
“Sülhdən yana-yana danışmağın nədir, sülhdən qaçmağın nədir?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Zəngəzurda konsulluq "savaşı" qızışır: - İran artıq oradadır, Fransa və Rusiya da açıq mübarizəyə keçib
Bu gün, 06:45
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİQQƏT
Bu gün, 06:21
"Mənim niyə bahalı maşınım olmasın?"
Bu gün, 00:17
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün, 00:12
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Dünən, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Dünən, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Dünən, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Dünən, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Dünən, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Dünən, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Dünən, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Dünən, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Dünən, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Dünən, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Dünən, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Dünən, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Dünən, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Dünən, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Dünən, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Dünən, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Dünən, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Dünən, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Dünən, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Dünən, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Dünən, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Dünən, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Dünən, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Dünən, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru