Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür .....                     ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                     Nicat Rəhimovun səhhətində problem yaranıb .....                     Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? .....                     İzzət Bağırov buna görə çimərlikdən qorxur .....                     Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? .....                     Xanım aparıcı metronun mətbuat katibi təyin edildi .....                     Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir .....                     İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır .....                     İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                 

Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi
Tarix: 1-06-2025, 12:12 | Çap et

Ötən ayın 9-da, Hitler nasizmi üzərində qələbə gününün 80-ci ildönümündə təşkil etdiyi anım tədbirində SSRİ bayraqları qaldıran və sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən Saleh Səmədovun bir şəkildə təzyiqə məruz qalacağı gözlənilirdi.


Çoxları düşünürdü ki, bu, ictimai qınaqdan və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən məzəmmət olunmaqdan o yana keçməyəcək.


Çünki SSRİ dövrünə rəğbət bildirmək, “gül kimi hökumət idi, dağıtdılar, getdi” deyə o dönəmlər üçün xiffət ifadə etmək, hətta müasir dövrdə Rusiya rəhbərliyindən orden-medal almaq bu ölkədə qəbahət sayılan işlər sırasında deyil və qanunla təqib olunmur.


Düzdür, Səmədov SSRİ dövrünə, eyni zamanda çar dönəminə rəğbətini birləşdirərək, “rusun adı olan yerdə axar sular dayanar” ədası göstərmiş, necə deyərlər, barıtı çox eləmişdi, amma bu da onun həbsi üçün qanuni əsas ola bilməzdi. Ortada böyük qələbə və onun qazanılmasında payı olan yarım milyondan çox azərbaycanlının xatirəsinin anılması faktı var. Ola bilsin, Səmədovun babaları və digər əzizləri həmin müharibədə iştirak edib.


Heç hazırda Saleh Səmədova qarşı irəli sürülən və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilməsinə səbəb olan ittihamlar arasında “sovet bayrağı”na, “Georgi lenti”nə aid heç nə yoxdur. Adamı vergidən yayınmada ittiham edirlər.


Keçən ayın bu günləri isə o, İmişli rayonunun “baş ağsaqqalı” (rayon ağsaqqallar şurasının sədri) olaraq, başına gələcəklərdən xəbərsiz halda 9 maya hazırlaşırdı.


O zaman bu ölkədə S.Səmədovu çox adam tanımırdı. O, əsasən İmişlidə tanınırdı. Bu rayonda isə onun imkanlı iş adamı, bəlkə də xeyriyyəçi kimi tanıyırdılar.


Bir düşünülməmiş hərəkət və çıxış onun ad-soyadını ölkəylə bir etdi.


Həmin tədbirdən çəkilmiş fotoşəkillər ölkə mediasını başına götürəndən, mərasimin digər detalları ictimailəşəndən bir gün sonra Səmədovun varidatı da açıqlandı. Məlum oldu ki, onun İmişlidə "Kral saray" adlı şadlıq sarayı, çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, 20 hektar ərazini əhatə edən istixanası, bahalı "Rolls-Roys" markalı lüks avtomobili var.


Ayrıca, S.Səmədovun Bakıda da çoxsaylı villaları, marketləri, restoranları və tikinti şirkətinin olduğu barədə informasiyalar yayıldı.


Yəni bir günün içində ortaya çıxdı ki, “SSRİ aşiqi” olan bu adam sovet dönəmində ikrahla anılan milyonçu kapitalistdir.


Bax, o zaman təcrübəli həmkarlarımız belə bir qeyd etdilər ki, Səmədov “qırmızı bayrağı” və “zolaqlı lenti” ilə özünü hədəfə çıxardı, indi onu ortalığa çəkəcək, bu sərvətin qanuni yolla əldə edilib-edilmədiyini yoxlayacaqlar.


Bu, köhnə əyyamlardan qalan qaydadır. Adı bədnam olmuş arxalı, güclü adamlar bir saatın içində immunitetlərini itirib yıxılırlar, hücum etmək, qisas almaq növbəsi əlibaltalılara çatır.


Ataların məşhur sözünü də unutmaq olmaz: “Çox söz yalansız, çox pul haramsız olmaz”. Hətta müasir dövrdə “çox pul talansız olmaz” demək daha dəqiq səslənir.


İndi S.Səmədova qarşı ittiham irəli sürənlər əmindirlər ki, onun malik olduğu var-dövlətin çox hissəsinin qanunsuz əməllər nəticəsində əldə olunduğunu sübut edə biləcəklər. Burada “vergidən yayınma halları” da olacaq, “qanunsuz tenderlər udmaq” da, “işçilərlə əmək müqaviləsi bağlamamaq” da, “sui-istifadə halları” da və sair və ilaxır da.


“Ağsaqqal”ın barəsində sonradan yayılan məlumatlardan biri də budur ki, o, özünü hələ 4 ay öncə hədəfə çıxarıbmış, avtomobili yol-patrul xidməti tərəfindən saxlanıldığına görə rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin ünvanına “ağsaqqala yaraşmayan ifadələr” səsləndiribmiş. O zaman ona əvvəlcə 30 sutka həbs cəzası kəsiblər, sonra 15 sutkaya endiriblər.


Başqa sözlə, puluna, varidatına, əlaqələrinə güvənən bu adam artıq hökumətlə hökumətlik edirmiş və bu, onun birinci səhvi olub. İkinci səhvin nə olduğunu isə bütün ölkə bilir.


Burada da qoca Şərqin dəyişməz adət-ənənələrindən birinin əlamətləri var: malı-pulu artan adamların harınlaması, gözünün ayağının altına görməməsi, özünü qanunlardan, hər şeydən üstün sayması və s.

Bunun axırı isə heç vaxt yaxşı qurtarmır. 

Söz yox, Səmədovu 4 aydan sonra olmasa da, 4 ilə qalmayacaq, buraxacaqlar. Amma necə? O, azadlığa çıxandan sonra yenə də gur-guruldayan varlı iş adamı olacaqmı? Bunu gələcək göstərəcək.

Xalid KAZIMLI musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür - YUBİLEY
Bu gün, 00:49
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Dünən, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Dünən, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Dünən, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Dünən, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Dünən, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Dünən, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Dünən, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Dünən, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Dünən, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Dünən, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Dünən, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Dünən, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Dünən, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Dünən, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Dünən, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Dünən, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Dünən, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Dünən, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Dünən, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Dünən, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Dünən, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru