XaliqFaiqoğlu və BakuBus MMC şirkətlərinə məxsus avtobuslarda hələ də kondisionerlərin işlədilməsinə icazə verilmir. "DİA-AZ" xəbər verir ki, bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olmaqdadır.
Narazı vətəndaşların bu barədə gileylərində belə deyilir:
"Havanın isti, sərnişinlərin sıx və avtobuslardakı pəncərələrin balaca olması, üstəlik də arxadakı mühərrikin istiliyi sərnişinlər üçün ictimai nəqliyyatdan istifadəni dözülməz hala çatdırır.
Elə bir gün yoxdur ki, bu səbəbə görə sərnişinlərlə sürücülər arasında mübahisə olmasın.
Ümid edirik ki, rəhbərlik bu mübahisə və dava-dalaşdan xüsusi zövq almır və kondisionerlərin istifadəsini Avqust ayına planlaşdırmır..."