"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                     “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... .....                     Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? .....                     Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                     İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz .....                 

Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Tarix: Bu gün, 10:10 | Çap et

Bu həftənin sonunda Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçirilməlidir. “Trend” bu barədə etibarlı mənbələrdən məlumat əldə edib. “Yeni Müsavat” qeyd edir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevdir. Aleksey Overçuk xəbəri təsdiqləyib.

Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits Bakı-Moskva gərginliyindən “Vestnik Kavkaza”a danışarkən deyib ki, Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının təşkili ikitərəfli böhranın yumşalmasından xəbər verir: “Azərbaycan iyunun sonunda Rusiya Federasiyası ilə ilkin olaraq siyasi əlaqələri dondurdu. İndi biz hökumətlərarası komissiyanın işinin bərpa olunduğunu görürük. Əgər görüş baş tutsa, xüsusilə Rusiyada bu, dialoqun davam etdiriləcəyinə və tərəflərin münasibətləri tamamilə pozmağa meylli olmadığına sübut olacaq”.

“Rusiya ilə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur, əksinə, dialoq qurmağa, yaranmış gərginliyi aradan qaldırmağa çalışmalıyıq”. Bunu Haqqin.az-a deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan artıq Rusiyaya öz tələblərini təqdim edib və indi onların beynəlxalq hüquq normalarına uyğun yerinə yetirilməsini təmin etməlidir: “Vəziyyətin daha da gərginləşməsi ölkəmizin dövlət və milli maraqlarına cavab vermir. Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsində maraqlı olan qüvvələr var. Əgər ölkələrimiz arasında gərginlik qanlı qarşıdurmaya çevrilsə, onlar şad olardılar”.

Deputat ümid edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu həftə Moskvada keçiriləcək 23-cü iclasında Şahin Mustafayev Aleksey Overçukla bir çox yığılmış məsələləri müzakirə edəcək.

"Azərbaycanın Rusiya ilə, eləcə də digər qonşularla iqtisadi əlaqələri davam edir və onların qopması müzakirə olunmur". Bu sözləri Haqqin.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat əlavə edib ki, rəsmi Bakı və Moskva münasibətlərin pisləşməsi və ya dayandırılması ilə bağlı heç bir şərh və ya mövqe bildirməyiblər, ona görə də iki dövlətin rəsmi mövqeyinə riayət etmək düzgün olardı.

2025-ci ilin yanvar-iyun ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarına çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2% və ya 352,2 milyon dollar çoxdur. Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33%-ni təşkil edir.

Qeyd edək ki, 1996-cı ildə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Daimi Komissiya yaradılıb. Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlıq problemlərini öyrənir, həmçinin bu əlaqələrin inkişafı üçün zəruri olan layihələr və təkliflər hazırlayır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Overçuk təsdiqləsə də, Azərbaycan hökuməti Şahin Mustafayevin səfəri barədə rəsmi məlumat yaymayıb. Bununla belə, baş nazir müavininin Moskvaya gedəcəyini də istisna etməyən Ç.Qənizadə hesab edir ki, gərgin münasibətlərin yumşalması qarşı tərəfdən asılıdır: “Azərbaycanın heç bir parlament üzvü, yaxud partiya rəhbəri Moskvanı bombalamağa çağırış etməyib. Ancaq Rusiya Dumasının üzvləri, ayrı-ayrı jurnalistləri, partiya sədrləri Azərbaycanı terrorla, işğalla hədələyirlər. Ona görə də Overçuk və digər Rusiya rəsmiləri bu təhdid leksikonuna son qoyulması istiqamətində addımlar atmalıdır. Azərbaycanı özünə dost və müttəfiq sayan ölkə bu dildə danışırsa, o zaman ortada səmimilik yoxdur. Bu baxımdan, Şahin Mustafayev Moskvada bu məsələləri müzakirə edə bilər. Lakin regionda baş verən son hadisələr fonunda Rusiyanın Azərbaycana qarşı hərbə-zorba addımlarının səngiməsini gözləmirəm”.

Ç.Qənizadə Azərbaycan-Rusiya danışıqlarında əsas müzakirə predmetinin blokadada olan nəqliyyat xətlərinin açılması olacağını gözləyir: "Overçuk dedi ki, "Tramp yolu" Ermənistanın xeyrinədirsə, Rusiya bunu dəstəkləyə bilər. Amma bu mövqe süni idi və Moskva Zəngəzur dəhlizinə nəzarəti itirməsindən qəzəblidir. Amma razılaşma Vaşinqtonla İrəvan arasında olub, Rusiya bunun üçün bizi yox, Ermənistanı sıxışdırmalıdır. Çünki Bakıya fərq etmir ki, dəhliz hansı tərəfin nəzarəti altında açılır, bizə lazım olan Naxçıvana quru yolun maneəsiz təmin edilməsidir. Sadəcə, Rusiya bu prosesdə Azərbaycanın iştirakı olduğunu düşünür və bizə təzyiq göstərməyə çalışır. Rusiya çox istərdi ki, Azərbaycan Zəngəzur dəhlizini güc tətbiq edərək açmağa məcbur etsin, sonra Federal Təhlükəsizlik Xidməti bölgəyə yerləşib nəzarəti təmin etsin, bununla üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirildiyi deyilsin. Azərbaycan əsla bu varianta getməzdi. Odur ki, “yumşaq güc” diplomatiyamız Vaşinqtonda qələbə qazandı və konstruktiv anlaşma çərçivəsində koridorun “Tramp marşrutu” adı ilə açılmasına razılıq verildi. O səbəbdən, Overçukun iştirakı ilə keçiriləcək danışıqlarda nəqliyyat kommunikasiyalarının açılmasına dair Rusiyanın xeyrinə dəyişiklik gözləmirəm".

Siyasi ekspert Ramiyə Məmmədova Azərbaycanın şimal qonşusu ilə əlaqələrinin pozulmasında maraqlı olmadığını müşahidə edir. Onun sözlərinə görə, qarşı tərəfin cinayətləri bu münasibətlərə zərbə vurub: “Rusiya açıq şəkildə bizə hədə-qorxu gəlir. Azərbaycanın isə tələbləri dəfələrlə açıqlanıb və prezidentin ABŞ-də verdiyi müsahibədə bir daha dilə gətirilib. Bizim isə Kreml qarşısında hər hansı öhdəliyimiz yoxdur. Yəni Rusiya bizə hansı tələbi irəli sürür ki, yerinə yetirmirik? Amma bizim tələblərimiz var. Bu məsələdə ilk addımı Rusiya atmalıdır və gərginliyə son qoymalıdır”.

Ekspertin fikrincə, əgər Azərbaycanı itirmək istəmirsə, Cənubi Qafqazdakı layihələrdə iştirakı arzulayırsa, Türkiyə ilə münasibətlərə zərər vurmaq niyyəti yoxdursa, ağlını başına toplamalı və Bakı ilə bərabərhüquqlu qaydada dialoq qurmalıdır: “Sən oradan Ukraynadakı obyektlərimizi bombala, propoqanda komandası dilə dil uzatsın, terrorla hədələsin, buradan da Overçuk Şahin Mustafayevi gözləsin... Belə siyasət olmur. Rusiya, nəhayət, anlamalıdır ki, qonşuları ilə hansı tonda və necə danışmalıdır. Bu üslub isə həmişə qonşularının ondan uzaqlaşmasına və okeanın o tayında, yaxud Avropada nicat axtarmasına səbəb olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru