"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?

Bu günlərdə Ələt qəsəbəsinin yeni yaşayış massivində yaşayan vətəndaşların qarşılaşdığı acı bir reallıqdan xəbər verəcəyik. Məsələ ondan ibarətdir ki, bəzi vətəndaşlar üçün qaz xətti problemsiz çəkilir, digərləri isə eyni ərazidə yaşamasına baxmayaraq, illərlə qapı-qapı düşüb qaz xətti üçün müraciət etməli, bəzən isə “kiməsə 3-4 min manat ver” deyə açıq-aşkar qeyri-rəsmi təkliflərlə üzləşməlidirlər.
Azəriqaz-a edilən rəsmi müraciətlərə isə cavab olaraq bildirilir ki, “bura SOCAR ərazisidir”, “bizlik deyil”, “məsələ qeyri-müəyyəndir” və sair bəhanələr səsləndirilir. Maraqlısı isə budur: eyni ərazidə – bəli, eyni küçədə – bir evdə qaz var, amma on metrlik məsafədəki digər evə qaz çəkilmir. Bu hansı məntiqə, hansı qanunauyğunluğa sığır?
Qəsəbə sakinləri gundemxeber.az-a bildirirlər ki, bu problemi “həll etmək” üçün müəyyən “adamlar” var. Onlara “pulunu ver, qazını çəkdir” deyirlər. Dövlətin rəsmi qurumu olan Azəriqaz-ın işi rüşvətlə, vasitəçilərlə həll olunmalı deyil! Bir vətəndaş öz haqqı olan xidmətə görə niyə “yalvarmalı”, niyə vasitəçi axtarmalıdır?
Əgər bir ərazidə qaz xətti varsa və qonşular bu xidmətdən istifadə edirsə, bəs onda digər vətəndaşın haqqı harada qalır? Dövlət qurumları vətəndaşa bərabər xidmət göstərməlidir, seçmə yanaşma ilə yox.
Bu problemi görmək və həll etmək aidiyyəti qurumların, xüsusilə də "Azəriqaz" rəhbərliyinin borcudur. İnsanlar artıq bezib, ümidsizliyə qapılıb. Ədalət bərqərar olmalıdır!
Sakinlərin bildirdiyinə görə, bu məsələlərin həllində bəzi şəxslər vasitəçilik edir və 3-4 min manat civarında rüşvət qarşılığında "işi yoluna qoyurlar". Əldə etdiyimiz məlumata görə, bu işlərin başında duran əsas fiqur isə Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan, qaz idarəsinin əməkdaşlarından biridir. Araşdırmalar davam edir, lazımi sübutlar əldə olunduqdan sonra həmin şəxsin adı da ictimaiyyətə açıqlanacaq.
Sonda sualımız sadədir:
Hörmətli "Azəriqaz" rəhbərliyi, bu ayrı-seçkiliyi, bu ədalətsizliyi necə izah edirsiniz? Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir? Əgər bu ölkədə hər kəs bərabər hüquqludursa, niyə eyni küçədə birinin qazı var, digərinin yoxdur?
Yazıda adıçəkilən "Azəriqaz"ın rəsmi şəxslərinin də mövqeyini dinləməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57 |
|
|
|
• “Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50 |
|
|
|
• Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48 |
|
|
|
• “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40 |
|
|
|
• 38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36 |
|
|
|
• Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25 |
|
|
|
• "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18 |
|
|
|
• Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11 |
|
|
|
• Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00 |
|
|
|
• London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58 |
|
|
|
• Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56 |
|
|
|
• Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54 |
|
|
|
• İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52 |
|
|
|
• Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38 |
|
|
|
• Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30 |
|
|
|
• “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24 |
|
|
|
• Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21 |
|
|
|
• Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16 |
|
|
|
• Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
• İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10 |
|
|
|
• "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06 |
|
|
|
• Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43 |
|
|
|
• Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
• Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10 |
|
|
|
• “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
• Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04 |
|
|
|
• “Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02 |
|
|
|
• "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52 |
|
|
|
• Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• “Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44 |
|
|
|
• Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40 |
|
|
|
• İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37 |
|
|
|
• Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35 |
|
|
|
• Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31 |
|
|
|
• Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09 |
|
|
|
• Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05 |
|
|
|
• Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44 |
|
|
|
• Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35 |
|
|
|
• Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29 |
|
|
|
• Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25 |
|
|
|
• “Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23 |
|
|
|
|