"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                     İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz .....                     Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək .....                     Pezeşkian erməniləri təriflədi .....                     Rusiya ağlını itirir .....                     Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır .....                     Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... .....                     Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? .....                     Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... .....                     Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçındakı quruculuq işləri böyük sürətlə davam edir .....                     Fransanın "mızqoyanlığı" .....                     “Fal biznesi”nin QURBANLARI .....                     Azərbaycanlılar daha ət yemirlər? .....                     TSEK bu dəfə LAP AĞ ELƏDİ .....                     ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR .....                     Ağlar günə qalan Ağsu səhiyyəsi .....                     Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı .....                     Arif Qaraşov illər sonra... .....                     Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT .....                     Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... .....                     "Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" .....                     Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ .....                     ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır .....                     Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? .....                 

Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 08:54 | Çap et

“Qazprom”un baş direktoru Aleksey Miller qaz qovşağı operatorunun idarəçiliyində 2/3 hissənin Ankaraya verilməsi təklifinə baxmayaraq, türk tərəfdaşların marağının az olmasını əsas gətirərək, Türkiyədə qaz qovşağı layihəsinin uğursuzluğunu etiraf edib.

İnsayderlər Miller və Rusiyanın energetika naziri Sergey Tsivilevin layihənin işçi qruplarını ləğv etdiklərini bildirirlər. Layihə “ölü doğulmuş” elan edilib ki, bu da “Qazprom”un Avropa bazarında öz mövqeyini bərpa etmək üçün qapılarını bağlayır.

Rusiya büdcəsinin neft və qaz gəlirləri iyulda 27% (787,3 milyard rubl), yanvar-iyulda isə 18,5% (5,52 trilyon rubl) azalıb. Urals neftinin qiyməti 60,4 dollar/barelə bərabərdir. “Qazprom”un 2025-ci ilin birinci yarısında zərəri 10,7 milyard rubl, gəliri +4% (3,05 trilyon rubl) təşkil edir. Miller islahatlar vəd edərək postunu 2026-cı ilə qədər saxlayacaq.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Putin Türkiyədə qaz habının yaradılmasını təklif edib, Ankaranın müsbət qarşıladığı təklifin layihə formasına gətirilməsi üçün işlər başlanıb. Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Tərəflər arasında layihə ilə bağlı danışıqlar gərgin keçib. Bu barədə bir neçə ay əvvəl Qərb mətbuatında da məlumatlar yer almışdı. Bildirilirdi ki, Rusiya əsas təchizatçı imkanından istifadə etməklə qaz habında rəhbərliyə, baş nəzarətçi roluna iddialıdır. Türkiyə isə öz ərazisində yaradılacaq strateji əhəmiyyətli platformaya özü nəzarət və rəhbərlik etmək niyyətindədir. Bundan əlavə, tərəflər arasında ciddi müzakirə olunan daha bir məsələ kimi layihənin maliyyələşdirilməsi önə çəkilirdi. Rusiya rəhbərlik və nəzarət imkanı olmasa, layihənin icrasına vəsait yatırmaq istəmir, Türkiyə isə layihənin yükünü təkbaşına çəkmək imkanında deyil. Digər tərəfdən, Ankara mövcud infrastrukturun yaradılmasına (qaz anbarları, maye qaz terminalları, boru xətləri və sair) çəkdiyi xərcləri əsas gətirməklə layihədən ən çox qazanclı çıxacaq Rusiyanın maliyyələşmədə bərabər iştirakında təkid edirdi. Ekspertlərin hesablamalarına əsasən 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaqdı. Aydındır ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədə regional qaz habının yaradılması Bakının marağında olan layihə idi. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan qazını Avropaya daşıyan Cənub Qaz Dəhlizi Türkiyə ərazisindən keçir, onda bu marağın kifayət qədər iqtisadi əsaslı olduğunu söyləmək mümkün idi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında sanksiyalar səbəbindən bu gün Rusiyanın qazın və neftin ixracında çox da alternativlərə malik olmadığını söylədi: “Rusiyanın Türkiyə qaz habı layihəsindən imtinasının əsasında ilk növbədə siyasi məqsədlərin dayandığını hesab edirəm. Bu layihə icra olunacağı təqdirdə Türkiyənin siyasi mövqeləri regionda daha da möhkəmlənir. Bu da Rusiyanın maraqlarına uyğun gəlmir. Xüsusilə son vaxtlar Rusiyanın Cənubi Qafqazdan yavaş-yavaş uzaqlaşması və Türkiyənin mövqelərinin möhkəmlənməsi Rusiyanın xoşuna gəlmir. Həm də Türkiyənin qaz habına çevrilməsi Rusiyanı qaz ixracında müəyyən qədər asılı edəcək. Çünki bu gün Rusiya Qərbin sanksiyaları altında olduğundan qazın və neftin ixracında çox da alternativlərə malik deyil. Türkiyə qaz habı layihəsi böyük maliyyə tutumludur. Bu layihənin icrası üçün böyük investisiyalar tələb edir. Layihəyə öz ərazisində icra olunduğuna görə Türkiyə özü rəhbərlik və nəzarət etmək istəyir. Amma Türkiyənin öz maliyyəsi ilə infrastruktur yaratmaq imkanı yoxdur. Türkiyə qaz habına qoyulacaq investisiyaları Rusiya ilə bərabər bölüşmək istəyir. Rusiya isə özünün rəhbəri olmadığı layihəyə investisiyalar yatırmaq istəmir və ona görə də layihəni uğursuz adlandırır. Layihə icra olunacağı təqdirdə Rusiya Avropaya ildə 35,8 milyard kub metr qaz ixrac edə biləcəkdi. Həm də bu layihə Rusiya üçün Avropaya qaz ixrac edə biləcək yeganə alternativ idi. Çünki Şimal axını layihəsində qəza baş verəndən sonra qazı ixracı üçün ən perspektivli layihə Türkiyə qaz habının yaradılması hesab olunurdu. Burada layihənin icra olunmasından Rusiyanın çəkinməsinə səbəb olan digər bir məsələ isə regionda Rusiyasız baş verən yeni reallıq olduğunu hesab edirəm. Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlər çox gərginləşib. Rusiyanın anti-Azərbaycan siyasətinə səssiz qalmayan Ankara Azərbaycana qarşı ehtimal olunan hər bir təzyiqə cavab verməyə hazır olduğunu bəyan etdi. Təbii ki, bu, Rusiyanın Azərbaycana qarşı olan siyasətinə Türkiyə ilə bir olduğumuzun nümayişi idi. Bu baxımdan Rusiya Türkiyəyə böyük investisiyaların yatırılmasından çəkinir və qaz habı layihəsini uğursuz adlandırır”.

İqtisadçı-ekspert Günay Hüseynova bu layihənin uğursuzluğunu Rusiya iqtisadiyyatı üçün böyük itki hesab edir: “Burada mövzunun əsas məğzi Rusiya və Türkiyə arasında olan layihənin uğursuzluqla nəticələnməsi və Azərbaycanın iqtisadi maraqlarına təsirinə ibarətdir. İlk növbədə, məsələyə Rusiya tərəfindən baxsaq layihənin uğursuz olması "Qazprom", həmçinin də Rusiya iqtisadiyyatı üçün böyük itki hesab olunur. Yanvar-iyul aylarındakı statistikasındakı göstəricilərdən də məlumdur ki, Rusiyanın neft və qaz gəlirlərində 18,5% azalma olub, "Qazprom" zərərlə işləyir. Bu layihə çərçivəsində Rusiya Avropada itirilmiş mövqeyini bərpa etməyə çalışsa da, həm gəlirlərinin azalması, həm də geosiyasi səbəblərdən, həmçinin Türkiyə qanunvericiliyinə uyğun olaraq layihədə dəyişiklik Moskvanı geri addım atmağa məcbur etdi.

Azərbaycan iqtisadiyyatı üçün təsir və ya əks-təsirlərə qaldıqda isə ölkəmiz üçün bu layihənin icra olunması, sadəcə, əlavə gəlir mənbəyi və Avropa ilə tərəfdaşlığın daha da möhkəmlənməsi kimi qiymətləndirilə bilər. Azərbaycan nefti onsuz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac olunur. Layihənin ləğvi əslində Azərbaycan üçün böyük bir fürsətdir. Avropada mövqelərinin gücləndirilməsi baxımdan iqtisadi səmərə təşkil edir. Əgər bu hub layihəsində Rusiya kənarda qalarsa, Türkiyə ilə Azərbaycan bu çərçivədə də etibarlı ticari tərəfdaşa çevrilə bilər. Layihənin uğursuz olması enerji qiymətlərinə də öz təsirini göstərəcək".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
"Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" - GƏLİŞMƏ
Bu gün, 06:13
Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ - AKTUAL
Bu gün, 06:09
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır - “Fox News”
Bu gün, 06:04
Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru