"Sən mənim ilk musiqim, ilk duamsan..." .....                     Sabiq baş həkimə hökm oxunub .....                     ƏT NİYƏ BAHADIR? .....                     Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi .....                     "Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" .....                     Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! .....                     Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab .....                     Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib .....                     “Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir .....                     “Bu məhkumlar azadlığa buraxıla bilər” .....                     Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir .....                     Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... .....                     102-ci baza BAĞLANIR? .....                     Bu rayonda abadlıq işləri aparılacaq .....                     Makronun Cənubi Qafqaz planının İFLASI .....                     TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır .....                     “Nikol Ermənistanı xilas etdi” .....                     Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb .....                     Deputatlar orqanlarını bağışlaya bilərmi? .....                     Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib .....                     Bəxtiyar paşa Azərbaycandan niyə getdi? .....                     Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi .....                     Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib .....                     Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu .....                     İki Mehriban arasında dava bitmir .....                     Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... .....                     Konstitusiya dəyişən kimi Azərbaycanın .....                     Soyuq Alyaskada görüş .....                     Azərbaycanda 185 min evdə internet yoxdur .....                     Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı .....                     Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb .....                     “İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib .....                     Ermənistan üçün Azərbaycandan keçən yollar açılır .....                     Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib .....                     Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər? .....                     İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı .....                     Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək .....                     Azərbaycana hücum Rusiya üçün intihar olar .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı .....                 

Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Tarix: 31-05-2025, 09:48 | Çap et

“Direktorların kütləvi işdən çıxarılması Elm və Təhsil Nazirliyinin – illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

O, son vaxtlar orta ümumtəhsil məktəblərində direktorların kütləvi işdən çıxarılması və bu hadisələrə Elm və Təhsil Nazirliyinin şablon reaksiyasını şərh edib:

“Azərbaycanda orta ümumtəhsil məktəblərində direktorların kütləvi şəkildə işdən çıxarılması və ya intizam məsuliyyətinə cəlb olunması son illərdə təhsil sahəsində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə 2023 və 2024-cü illərdə müşahidə olunan bu tendensiya ictimaiyyətdə “təmizləmə əməliyyatı”, “kadr islahatı” kimi təqdim olunsa da, əslində, bu prosesin arxasında daha dərin struktur problemlər dayanır. Əgər bu gün onlarla direktor rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, fond pulu toplamaq və ya qeyri-qanuni ödənişlər səbəbilə vəzifədən uzaqlaşdırılırsa, bu təkcə fərdi məsuliyyətsizlik deyil, həm də idarəedici strukturların, xüsusilə Elm və Təhsil Nazirliyinin illərlə formalaşdırdığı sistemin nəticəsidir”.

Onun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsində təhsil müəssisəsinin rəhbərinin, yəni direktorun təhsilin keyfiyyətinə, şagirdlərin həyat və sağlamlığına görə məsuliyyət daşıdığı qeyd olunur:

“Bu, direktorun məsuliyyətini müəyyən etsə də, həmin direktorun hansı mexanizm və mühitdə fəaliyyət göstərdiyini nəzərə almadan yalnız onu cəzalandırmaq, sistemin öz məsuliyyətini pərdələmək deməkdir. Direktorların təyinatı, monitorinqi və fəaliyyətinə nəzarət bilavasitə nazirliyin və onun struktur bölmələrinin səlahiyyətindədir. Əgər məktəblərdə bu qədər qanun pozuntusu baş verirsə, bu, həmin nəzarət və idarəetmənin effektiv olmadığını sübut edir”.

Ekspert qeyd edib ki, 2024-cü ildə 70-ə yaxın direktorun işdən çıxarılması halına rast gəlinib:

“2024-cü ilin rəsmi statistik göstəricilərinə əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə ümumilikdə 70-ə yaxın məktəb direktoru ya vəzifədən azad edilib, ya da intizam məsuliyyətinə cəlb olunub. Bu, bütövlükdə məktəb rəhbərlərinin təxminən 6-7%-ni təşkil edir ki, bu da, əslində, çox yüksək göstəricidir. Əgər sistemli nəzarət və şəffaf idarəetmə mühiti mövcud olsaydı, bu qədər pozuntu mümkün olmazdı. Ən təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu prosesdə ictimaiyyətə heç bir əsaslandırılmış hesabat təqdim olunmur. Elm və Təhsil Nazirliyi yalnız qısa press-relizlər yaymaqla kifayətlənir, konkret təhlil, səbəblər və struktur cavabdehlik barədə məlumat vermir”.

K. Əsədov sözügedən hadisələrlə bağlı nazir Emin Əmrullayevin açıqlamalarına da şərh verib:

“Bu vəziyyətdə nazirliyin rəhbəri Emin Əmrullayevin açıqlamaları bəzən daha da ziddiyyətli görünür. O, bir neçə çıxışında təhsildə problemlərin səbəbini direktorların bacarıqsızlığı, bəzən isə valideynlərin təzyiqi ilə izah edib. Bu isə idarəedici qurumun öz məsuliyyətindən yayınmaq cəhdidir. Halbuki həmin direktorları təyin edən, onların fəaliyyətinə nəzarət etməli olan da məhz Nazirliyin özüdür. Əgər seçdiyin kadrın fəaliyyətində bu qədər ciddi problem varsa, bu, ilk növbədə, sənin seçim və nəzarət mexanizminin qüsurlu olması deməkdir. Müsbət tərəfdən baxsaq, bəzi hallarda korrupsiyaya qarşı bu cür cəza tədbirləri təhsil sisteminə qorxu və məsuliyyət hissi gətirir. Direktorların qeyri-rəsmi fond yığımına son qoyulması, qeyri-formal ödənişlərin qarşısının alınması, hesabatlılıq və şəffaflığın artırılması baxımından bu addımlar faydalı ola bilər. Amma bu tədbirlər yalnız fərdi deyil, sistemli şəkildə və hüquqi çərçivədə tətbiq olunmalıdır. Əks halda, bu, yalnız “sadiq olmayanların cəzalandırılması”, “yerini dəyişmək məqsədilə aparılan kampaniya” təsiri bağışlayır. Müxtəlif bölgələrdə direktorların yerinə gətirilən yeni şəxslərin çoxunun eyni mərkəzdən seçilməsi, “loyallığa” əsaslanan təyinatların çoxalması bu prosesi islahat deyil, sadəcə klanik strukturlarla yer dəyişməsi kimi təqdim edir”.

Müsahibimiz əlavə edib ki, dünya təcrübəsinə baxdıqda, Almaniya, Estoniya, Sinqapur və Koreya kimi ölkələrdə məktəb direktorlarının təyinatı açıq müsabiqə yolu ilə aparılır və prosesdə yerli təhsil şuraları, ictimaiyyət nümayəndələri və təhsil ekspertləri iştirak edir:

“Məsələn, Estoniyada məktəb direktoru yalnız peşəkar menecer deyil, eyni zamanda, icmanın təmsilçisi kimi dəyərləndirilir və vəzifəyə başlamazdan əvvəl 6 ay müddətində idarəetmə üzrə praktiki hazırlıqdan keçir. Bu yanaşma həm idarəetmədə effektivliyi, həm də ictimai etimadı gücləndirir. Azərbaycanda isə direktor vəzifəsinə təyin prosesi çox hallarda qeyri-şəffaf, formallığa əsaslanan və fərdi təsirlərə açıq şəkildə həyata keçirilir. 2021-ci ildən tətbiq olunan müsabiqə sistemi müəyyən müsbət addım sayılsa da, müsahibə mərhələsinin nəticələri, komissiyaların tərkibi və qiymətləndirmə meyarları çox zaman ictimai əsaslandırmadan kənar qalır. Bütün bunlar nəticəsində direktor vəzifəsi ya idarəedici yükün daşıyıcısı deyil, sadəcə icraçı və formal rəhbər statusu daşıyan bir fiqura çevrilir”.

“Nəticə etibarilə, bu gün baş verən “kütləvi azadetmələr” təhsildə islahat kimi deyil, idarəetmə sistemindəki xaosun və məsuliyyət böhranının nəticəsi kimi dəyərləndirilməlidir. Əgər doğrudan da islahat niyyəti varsa, ilk növbədə direktorların fəaliyyəti üçün şəffaf mühit, sabit qanunvericilik çərçivəsi və real peşəkar dəstək mexanizmləri yaradılmalıdır. Təhsildə korrupsiyanın əsas səbəbi təkcə rüşvət alan direktor deyil, bu rüşvəti doğuran maaş sistemləri, qeyri-rəsmi fondlar, infrastruktur çatışmazlıqları və valideyn təzyiqləridir. Bunları aradan qaldırmadan direktorları kütləvi şəkildə dəyişmək, sadəcə simvolları dəyişməkdən ibarət olacaq. Əgər təhsildə inamı bərpa etmək istəyiriksə, mübarizə şəxslərlə deyil, sistemin özü ilə aparılmalı, islahatlar isə şəxslərin yox, strukturun dəyişməsinə yönəlməlidir. Əks halda, bu gün çıxarılan direktorların yerinə sabah onların eynisi gələcək və problem dövri olaraq təkrarlanacaq. Bu isə nə dövlətin, nə də cəmiyyətin maraqlarına cavab verir”, – deyə o, fikirlərini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sən mənim ilk musiqim, ilk duamsan..."
Bu gün, 18:04
Sabiq baş həkimə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 18:01
ƏT NİYƏ BAHADIR? - AKTUAL
Bu gün, 17:57
Nazir İlqar Qocayevi Naxçıvana idarə rəisi göndərdi - ƏMR
Bu gün, 17:55
"Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir" - ETİRAZ
Bu gün, 17:52
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! - Sentyabrın 1-dən yeni QAYDALAR
Bu gün, 17:50
Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Bu gün, 17:45
Palata yeni yaradılan iki audit şirkətinə lisenziya verib
Bu gün, 17:36
“Qaradağ Sement”in rəsmi distribütoru ləğv edilir
Bu gün, 17:28
“Bu məhkumlar azadlığa buraxıla bilər” - Hüquq müdafiəçisi AÇIQLAYIR
Bu gün, 17:13
Tramp-Putin görüşü nə üçün keçmiş Rusiya ərazisində keçirilir -7.2 milyon dollarlıq Alyaska...
Bu gün, 17:10
Bakıda mənzillərin qiyməti niyə artır: səbəblər... - AKTUAL
Bu gün, 17:04
102-ci baza BAĞLANIR? – “Bu qüvvələrin Ermənistandan çıxarılması asan proses olmayacaq”
Bu gün, 16:52
Bu rayonda abadlıq işləri aparılacaq - 1,5 milyon manat ayırıldı
Bu gün, 16:51
Makronun Cənubi Qafqaz planının İFLASI – Fransa regionumuza “ƏLVİDA” DEYİR...
Bu gün, 16:48
TƏBİB qan qazı müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alır – 3.8 milyon xərclənəcək
Bu gün, 16:44
“Nikol Ermənistanı xilas etdi” - Ermənistanda hamı bu rəydədir?
Bu gün, 16:42
Pezeşkianın oğlu mühafizəkarların liderini “kor” adlandırıb - “X”
Bu gün, 16:38
Deputatlar orqanlarını bağışlaya bilərmi? - “Bunu məmuniyyətlə edərdim, amma...”
Bu gün, 16:36
Zelenski Starmerlə ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü ilə bağlı gözləntiləri müzakirə edib
Bu gün, 16:32
Bəxtiyar paşa Azərbaycandan niyə getdi? - İLGİNC
Bu gün, 16:24
Kostanyan Pezeşkianla bağlı bu sualı cavablandırmaqdan imtina etdi
Bu gün, 16:19
Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib
Bu gün, 16:00
Şair Kəramət Şükürovun ölüm səbəbi məlum oldu
Bu gün, 15:58
İki Mehriban arasında dava bitmir - Əməkdar artist yenə sərt danışdı
Bu gün, 15:54
Solovyov açıq təhdidə keçərək vurğulayıb ki... - TƏFƏRRÜAT
Bu gün, 15:53
Konstitusiya dəyişən kimi Azərbaycanın - Ermənistan əlaqələri inkişaf edəcək
Bu gün, 15:02
Soyuq Alyaskada görüş - Onlar nəyi böləcəklər?
Bu gün, 14:59
Azərbaycanda 185 min evdə internet yoxdur
Bu gün, 14:56
Rüşvətə görə həbs edilən xadimə azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rusiyadan gətirilən qoyunların sayı 10 dəfə, qiyməti isə 31 manat artıb - DETALLAR
Bu gün, 14:53
“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib - Vətəndaş şikayəti...
Bu gün, 14:48
Ermənistan üçün Azərbaycandan keçən yollar açılır – erməni nazir AÇIQLADI
Bu gün, 14:44
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:21
Azərbaycanlılar İrəvana, ermənilərsə Bakıya turist kimi gedəcəklər?
Bu gün, 13:08
İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi
Bu gün, 13:01
Putin güzəştə getmədi: Rusiya Ukrayna təslim olanadək döyüşəcək - “The Telegraph”
Bu gün, 12:59
Azərbaycana hücum Rusiya üçün intihar olar - Erməni ekspert
Bu gün, 12:57
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Qazi xanımını maşınla vurub öldürən sərxoş sürücünü bağışladı - “Cavandır, uşağı var...”
Bu gün, 12:46
"Qoca" ilə qaçan Əli Ağami qaydaları pozub - Qobustana köçürüldü
Bu gün, 12:43
"Bəlkə də o günü görə bilməyəcəm, amma bu mənim ən böyük arzumdur”
Bu gün, 12:37
Hərbçinin həyat yoldaşını maşınla vuraraq öldürən vəzifəli şəxs SƏRXOŞ OLUBMUŞ
Bu gün, 12:35
Moskva niyə Bakını Kiyevə silah göndərməkdə İTTİHAM EDİR? - Russayağı ŞANTAJ
Bu gün, 12:34
İran hər yerə BURUN SOXA BİLƏRMİŞ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:31
"Təyyar da, Samir də böyük sənətkardır"
Bu gün, 12:25
ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma - TƏFƏRRÜAT
Bu gün, 12:24
Paşinyan çətin sınaqda: onu nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 12:22
"Tural Rəhimli bizi başdan aldadıb" - İTTİHAM VAR...
Bu gün, 12:16
Tramp Putinlə görüşündə ərazi məsələsini qaldırmaq niyyətində deyil - KİV
Bu gün, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru