Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi ciddi qalmaqala səbəb olub.
Modern.az-ın məlumatına görə, Paşinyan kilsələrin “tüstü bacası”na çevrildiyini bəyan edərək, keşişləri dini ibadət yerlərini murdarlamaqda suçlayıb. Baş nazirin erməni din xadimlərini “çulan” adlandırması, onları əyyaşlıqda, ruhani ədəb-ərkanlkarını tapdalamaqda günahlandırması qarşı tərəfi daha da hiddətləndirib.
Tanınmış erməni din xadimləri ard-arda mətbauata verdikləri açıqlamalarla Paşinyanı susmağa çağırıb, onun ailəsini hədəf alıblar. Din xadimləri baş naziri təhqir etməkdən belə çəkinməyiblər.
Nikol Paşinyan isə sakitləşməyərək bu gün özünün sosial şəbəkə hesabında ard-arda üç paylaşımla erməni keşişlərini küçə söyüşlərilə söyüb.
“Facebook” istifadəçiləri ölkənin Baş nazirinin bu cür dildən necə istifadə etdiyinə təəccüblənib, bəziləri hətta onun səhifəsinin sındırıldığını düşünüblər.