30 iyun 2025-ci il saat 11.00-da “Bakı Polad Burazlar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Araz küçəsi 8 nömrəli ünvanda (“Ulduz” metro stansiyasının yaxınlığı) ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin 2024-cü ildəki maliyyə-təsərrüfat fəaliyyətinə aid idarə heyətinin hesabatı.
2. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyinin materialları ilə aşağıdakı ünvana və telefon nömrəsinə müraciət etməklə tanış olmaq mümkündür:
Telefon: (012) 567-54-95. Ünvan- Bakı şəhəri, Araz küçəsi 8.
Bildirlir ki, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bila- vasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiqləyən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiqlənmiş surətini) təqdim etməlidir.