Son vaxtlar bankların kredit faizlərinin yüksək olması cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Eyni zamanda onları narahat edən digər məqam isə bəzi bankların kredit ödənişi zamanı məbləğin böyük hissəsinin faizdən çıxılmasıdır. Təklif edilir ki, banklar ödəniş cəvdəlinə yenidən baxsınlar və vətəndaş borcunu bağlayanda faizdən az çıxılsın.Bəs banklar bu məsələyə necə yanaşırlar?
İqtisadçı Xalid Kərimli “Referans”-a açıqlamasında bu haqda danışıb.
“Vətəndaşlara kredit verildikdə krediti bərabər şəkildə aylara bölüb qaytarmaq şərti ilə verirlər. Çünki burada söhbət istehlak kreditlərindən gedir. Bu kreditlər vətəndaşların şəxsi istifadəsi üçün nəzərdə tutulur, yəni bu biznes krediti deyil. Burada gəlir cəm halda ortaya çıxmır. Hissə-hissə aylıq gəlir və buna görə də bərabər paylanır aylıq kredit ödəmələri. Şərt olaraq bunlar iki hissədən ibarət olur: faiz və əsas borc ödənişi. Əvvəlki dövrdə vətəndaşın kredit yükü çox olduğuna görə faizi də çox olur. Mərkəzi Bank bildirir ki, bərabər paylanmış şəkildə ödənilməlidir. Məsələn, 10 min manat borc götürmüşük, onun bir aya düşən faiz hissəsi 300 manatdır, qalan da əsas borcdan olan hissə üzərinə gəlir. Növbəti ay isə bizim qalıq borcumuz artıq 9 min 500 olursa, bu məbləğə uyğun faiz hesablanır və əsas borcdan əlavə olunan hissə ödənilir”.
Ekspert qeyd edib ki, əgər vətəndaş ümumilikdə faizi daha az ödəmək istəyirsə, aylıq məbləği təyin olunandan daha artıq ödəyə bilər. Bu məsələdə heç kim vətəndaşa mane ola bilməz.