"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılıb.
Lent.az tiktokerlərə istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, tiktoker polis tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.