Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi .....                     "Arvad ərinə belə sillə vurmaz" .....                     Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: .....                     Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... .....                     Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına .....                     "Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" .....                     “Biz İrəvanı sülhə məcbur edəcəyik” .....                     Növbəti danışıqlara hazırlıq və: .....                     İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: .....                     Jurnalistə vəzifə verildi .....                     Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır .....                     Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı .....                     Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? .....                     "İndi Azərbaycanın rəsmi milyonçusu idim" .....                     I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək .....                     “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu .....                     Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: .....                     DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib .....                     "TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                     Müharibədə ciddi dönüş: .....                 

“AYDA 150-200 MANAT CƏRİMƏ ÖDƏYİRİK” - TAKSİ SÜRÜCÜLƏRİ NARAZIDIR
Tarix: Dünən, 12:57 | Çap et

Bakıda avtobus zolaqları taksi sürücülərinə ciddi çətinliklər yaradır. Onlar müştəri götürüb düşürərkən cərimələndiklərini və bu səbəbdən qazancın cərimələrə getdiyini deyirlər.

Gununsesi.info-ya müraciət edən taksi sürücüləri qeyd edirlər ki, avtobus zolağına daxil olduqları üçün 100 manat cərimə və əlavə olaraq 3 cərimə balı tətbiq olunur. Hərəkət zolağında dayanarkən isə 80 manat məbləğində cərimələnirlər:

“VÖEN, “Asan imza”, buraxılış kartı, buraxılış vərəqi kimi bütün qanuni sənədlərimiz olsa da, bu problemlə qarşılaşırıq. Bu sənədlərin alınmasına təxminən 600-700 manat xərcləmişik, lakin nəticədə qazancımızın böyük hissəsi aylıq cərimələrə gedir. Ayda ən azı 150-200 manat cərimə ödəyirik. Bu vəziyyətdə necə işləyək? Əsas küçələrdə və yol kənarlarında xüsusi taksi duracaqları yaradılsa, həm müştərilər müəyyən nöqtədə gözləyər, həm də biz cərimə qorxusu olmadan rahat xidmət göstərə bilərik”– deyə sürücülər bildirirlər.

Bəs görəsən sürücülər necə etməlidir? Məsələnin həlli yolu nələrdir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov Gununsesi.info-nun sorğusuna cavabında bildirib ki, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir:

“Avtobus üstünlüyünün təmin edilməsi məhz sıxlıq olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Paytaxt küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasında məqsəd sərnişinlərin vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etməkdir. Nəticədə avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı isə 22 dəqiqəyə kimi azalıb. Əksər marşrutlarda interval qısalıb, sərnişinlərin sayı və onların ictimai nəqliyyata etibarı artıb. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində ümumi uzunluğu 112 km xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaqlarla gün ərzində 900 minə yaxın sərnişin daşınır. Avtobus zolaqlarının 160 km-ə çatdırılması nəzərdə tutulur”.

Qurumun sözçüsü qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 134 taksi duracağı mövcuddur:

“Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edərək, bəzi maneə yaradan məntəqələri ləğv edib, yeni cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində iş aparır.

Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkili nəzərdə tutulur.

Bu çərçivədə 10 yeni taksi məntəqəsi təşkil edilib, 9 məntəqə isə aidiyyəti qurumlarla razılaşdırılaraq mərhələli şəkildə quraşdırılacaq.

Sakinlərin də müraciətləri nəzərə alınaraq paytaxtın Tbilisi prospektində, A.M.Şərifzadə küçəsində, metronun “Ulduz” stansiyası ətrafında, “Gənclik” Mall-un yaxınlığında taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerləri (drop off) təşkil edilib. Layihənin paytaxtın digər ərazilərində də həyata keçirilməsi üçün təhlillər aparılır”.

Gununsesi.info-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi dayanacağı məsələsi hazırda olduqca aktualdır:

“Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sahədə müəyyən işlər görülür və hal-hazırda iki növ taksi dayanacağı mövcuddur.

Birincisi, taksi sürücüsünün avtomobili ilə gəlib sərbəst şəkildə müştərisini gözləyə bildiyi dayanacaqlardır.

İkincisi isə minib-düşmə məntəqələri — yəni “drop-off” yerləridir. Bu cür məntəqələrin sayı hələlik azdır. Məsələn, belə yerlərdən biri Tbilisi prospekti ərazisində yerləşir. Lakin mənə verilən məlumata əsasən, bu tip məntəqələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Bizim də bu istiqamətdə təkliflərimiz olub və onlar nəzərə alınıb.

Bununla yanaşı, bir başqa vacib məqam da var ki, mən özüm də tez-tez müşahidə edirəm: taksi dayanacağı kimi nəzərdə tutulan yerlərdə çox vaxt fərdi nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini saxlayırlar. Bu isə taksilərin dayanmasına və sərbəst fəaliyyətinə mane olur.

Belə hallar yolverilməzdir. Cəmiyyət olaraq bir-birimizin işinə hörmətlə yanaşmalıyıq.”

Ekspert bildirib ki, taksi sürücülərinin cərimələrlə bağlı narazılığı mühüm məsələlərdən biridir.

Onun fikrincə sürücülər bəzən ikinci zolaqda dayanmağa məcbur qaldıqlarından cərimələnirlər:

“İkinci zolaqda maşını saxlayıb müştəri düşürmək olmaz. Bunun üçün avtobus zolağının qırıq-qırıq xətt olan hissəsində həmin zolağa daxil olub, yolun istiqamətində avtomobili saxlayaraq müştərini düşürmək və birinci qırıq-qırıq xətdən çıxaraq yoluna davam etmək lazımdır. Əgər bu qaydalara əməl olunarsa, düşünürəm ki, Dövlət Yol Polisi və Yol Patrul Xidməti əməkdaşları sürücünü buna görə cərimələməz.

Avtobus zolağına yalnız qırıq-qırıq xətt olmayan hissədən daxil olmaq, yaxud bu zolaqda uzun müddət hərəkətdə qalmaq qayda pozuntusudur və bu halda cərimə tətbiq edilməlidir. Amma sürücü qırıq-qırıq xətdən daxil olub və eyni qaydada çıxırsa, bu zaman cərimə olunmamalıdır”.

Eldəniz Cəfərov hesab edir ki, bu məsələdə sərnişinlər də müəyyən qədər diqqətli davranmalıdırlar:

“Taksi xidməti varsa və sərnişin istədiyi ünvana gedirsə, bu, o demək deyil ki, o, yolun istənilən hissəsində taksini sifariş edə bilər. Biz də müşahidə edirik ki, bəzi hallarda hərəkətin intensiv olduğu, yolun ortasında belə taksi sifariş edilir. Bu isə düzgün deyil. Taksi sifarişini daha təhlükəsiz və uyğun ərazilərdə — parklanma yerlərində və avtomobillərin intensiv hərəkət etmədiyi sahələrdə vermək daha məqsədəuyğundur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Bu gün, 18:03
"Arvad ərinə belə sillə vurmaz" - Peskov da reaksiya verdi
Bu gün, 18:01
Paşinyan erməni ruhanilərini təhqir etdi, savaş başladı: - Katolikos və baş nazir qırğında
Bu gün, 17:58
Sərkisyana və onun bəzi sevimli keşişlərinə cinsi xidmət göstərən şəxs Anna Akopyana qarşı... - KİV
Bu gün, 17:49
Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Bu gün, 17:47
"Vətəndaşlar öz əmlaklarından istifadə edərək kredit ala bilmir" - deputat
Bu gün, 17:45
“Biz İrəvanı sülhə məcbur edəcəyik” - Başqa cür ola da bilməz...
Bu gün, 17:39
Növbəti danışıqlara hazırlıq və: - hələ də təqdim olunmayan memorandum
Bu gün, 17:37
İrəvan Parisə “hə” dedi, Moskva qəzəbləndi: - Zəngəzurda İrana qarşı yeni plasdarm
Bu gün, 17:36
Jurnalistə vəzifə verildi - FOTO
Bu gün, 17:30
Minatəmizləmə Agentliyi 3 milyonluq texnika və avadanlıq alır - DETALLAR
Bu gün, 17:27
Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI
Bu gün, 17:23
Azərbaycanda kazinolar yenidən açılsın, yoxsa yox? – Faydaları və zərərləri
Bu gün, 17:19
"İndi Azərbaycanın rəsmi milyonçusu idim"
Bu gün, 17:17
I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
Bu gün, 17:14
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu
Bu gün, 17:11
Kreml gələcəkdə Rusiyanın özünü dağıdacaq planlar qurur: - Qərb yeni "şər imperiyası"nın yaradılması ilə barışmaz
Bu gün, 17:07
DTX-nin saxladığı Saleh Səmədov barəsində həbs qətimkan tədbiri seçilib - TƏFƏRRÜAT
Bu gün, 17:05
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Bu gün, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Bu gün, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Bu gün, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Bu gün, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Bu gün, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Bu gün, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Bu gün, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Bu gün, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Bu gün, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Bu gün, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Bu gün, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Bu gün, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Bu gün, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Bu gün, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bu gün, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Bu gün, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Bu gün, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Bu gün, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Bu gün, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Bu gün, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Bu gün, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Bu gün, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Bu gün, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Bu gün, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Bu gün, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Bu gün, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Bu gün, 10:27
Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru