Ermənistanın Sünik vilayətinin Gorus şəhərində Fransanın fəxri konsulluğu iyunun 2-də açılacaq.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, konsul Gorus Frankofoniya Mərkəzinin rəhbəri Karmen Apunts olacaq.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro mayın 26-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Gorusda Fransanın konsulluq agentliyinin açılması planları barədə məlumat verib.