"Buranı hər kəs tanıyır yəqin ki... "İnşaatçılar" metrostansiyasının "Bizim market"ə tərəf olan çıxışıdır..." "DİA-AZ" xəbər verir ki, aşağıdakı fotonu təqdim edən Asi Əlizadə adlı sosial şəbəkə istifadəçisi daha sonra əlaqədar qurum və şəxslərtə müraciət edərək qaldırdığı problemin həll olunması üçün çağırış edir.
Narazı vətəndaş yazır: "Bax, burdan bu caamat necə keçsin? Cörək qazanırsan? Lap yaxşı... amma özündən başqalrını da düsün də... Bu küçə ticarətçilərinə niyə bir çəki-düzən verilmir? Sürücüləri orda-burda saxlayanda dərhal çəkirlər... bəs bunu görmurlər???
Niyə bir tədbir görülmür bu metro başında olan küçə ticarətçilərinə?! Yol yoxdur camaatın keçməsinə və buna da göz yumurlar..."