BOKT “İnternational” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, BOKT “İnternational” ASC-nin vergi borcu 477 054.66 manatdır. Bu vergi borcu 28.05.2025-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 000 000 manatdır və qanuni təmsilçisi Nicat Həsənovdur.